Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Rutte Putinə xəbərdarlıq edib:“Cavab sarsıdıcı olacaq”

“Biz NATO-nun müdafiə potensialının nə qədər güclü olduğunu bilirik”

Yenixeber.org: “Rusiya NATO ərazisini işğal etməyə cəhd edərsə, cavab olaraq sarsıdıcı zərbə alacaq. Alyans üzvləri müdafiə xərclərini artırmalıdırlar”. Bu sözləri NATO-nun baş katibi Mark Rutte bu barədə Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

“Əgər Putin NATO-ya hücum edəcəksə, cavab sarsıdıcı olacaq. Cavab sadəcə dağıdıcı olacaq. Biz NATO-nun müdafiə potensialının nə qədər güclü olduğunu bilirik”, - deyə o bildirib.

Eyni zamanda, Rutte etiraf edib ki, Rusiya hərbi sənayesinin hazırkı məhsuldarlıq tempi ilə 4-5 il ərzində öz qüvvələrini əhəmiyyətli dərəcədə artıra bilər: “Ona görə də Alyans buna hazır olmalı və üç məqama diqqət yetirməlidir. Ukraynaya dəstək, müdafiə xərclərini artırmaq və müdafiə sənayesini inkişaf etdirmək. O, nüvə arsenalını fəal şəkildə artıran və donanmasını inkişaf etdirən Çini də xatırladıb. Bu ölkələr eyni ruhda davam etsələr, Qərbin hazırda həyata keçirdiyi tədbirləri xeyli ötəcək”.

“Biz bunu unutmamalıyıq. İlk növbədə müdafiəyə daha çox pul xərcləməliyik. Ukraynaya daha çox kömək etməliyik. Lazım gələrsə, özümüzü müdafiə etməyi bacarmalıyıq”, - Rutte əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam