Redaktor seçimi
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
Günün xəbəri

Sarkisyana qarşı yeni İTTİHAM

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan barəsində cinayət işi açılıb

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı xüsusilə külli-miqdarda rüşvətalma və qanunsuz sahibkarlıq fəaliyyətində iştirak maddələri ilə ittiham irəli sürülüb.

Yenixeber.org: Bu barədə Ermənistanın Antikorrupsiya Komitəsi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, Sarkisyan müdafiə naziri, Baş nazir, prezident və yenidən hökumət rəhbəri vəzifələrində işlədiyi 2000-2018-ci illər arasında dövlət məmurunun sahibkarlıq fəaliyyətinə qoyulan qadağalara baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə etibar etdiyi şəxslər vasitəsilə kommersiya subyektləri təsis edib.

Bu müəssisələr arasında Ararat vilayətində yerləşən və xarici investisiyalar hesabına inşa edilən bitum zavodu da olub.

O da bildirilib ki, artıq cinayət işi baxılması üçün Antikorrupsiya Məhkəməsinə göndərilib.("Armenia Today")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam