Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

PKK-nın tərksilah edilməsi müzakirə edilir -FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DEM Partiya heyətini qəbul edib.

Yenixeber.org: Görüşün gündəmində əsas məsələ “Terrorsuz Türkiyə” prosesinin ən mühüm mərhələsi olan PKK-nın tərksilah edilməsi məsələsidir.

Görüşdə DEM Partiyasının Van millət vəkili Pervin Buldan, DEM Partiyasının Şanlıurfa millət vəkili Mithat Sancar, MİT rəhbəri İbrahim Kalın və AK Parti sədri müavini Əfqan Ala iştirak edir.

Qeyd edək ki, bu, Türkiyə dövlət başçısının DEM Partiya rəhbərləri ilə ikinci görüşüdür.

DEM Partiyasının rəhbərliyi İmralı adasında PKK lideri Abdullah Öcalanla danışıqlar aparıb.

Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb.

PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.(NTV)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam