Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Ayda kənd olacaq...

nasa-ayda-kend-yaradacaq

ABŞ-nin kosmik agentliyi NASA 2035-ci ilə qədər Ayda yaşayış üçün əlverişli kənd yaratmaq niyyətindədir.

Yenixeber.org: Bu barədə agentliyin inzibatçısı vəzifəsini icra edən Şon Daffi Sidneydə keçirilən Beynəlxalq Astronavtika Konqresində məlumat verib.

O qeyd edib ki, yaxın onillik ərzində NASA Ayda təkcə stansiya deyil, insanların yaşayacağı bütöv bir kənd yaratmaq istəyir. Daffi əlavə edib ki, orada insanların daimi yaşaması üçün hər cür şərait yaradılacaq.

2026-cı ilin fevralında NASA “Artemida II” missiyasını işə salmağı və 50 il sonra Aya ilk pilotlu missiyaya dörd astronavtı göndərməyi planlaşdırır.

Bu dəfə Ayın səthinə eniş planlaşdırılmasa da, kosmik agentliyin son məqsədi orada kənd salmaqdır. Onun nüvə enerjisi ilə təchiz ediləcəyi, daimi olaraq astronavtları yerləşdirməyə qadir olacağı və Ayın səthində tapılan materiallardan tikiləcəyi gözlənilir.

Şon Daffi əlavə edib ki, NASA Ayda kənd tikdikdən sonra Marsa eniş istiqamətində sürətlə hərəkət etməyi planlaşdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam