Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Səfirlər Gürcüstan XİN-ə çağırıldı -SƏBƏB

Xarici səfirlər Gürcüstan XİN-ə çağırıldı

Bu gün, oktyabrın 7-də Gürcüstan Xarici İşlər Nazirliyində (XİN) ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüş keçirilib.
Yenixeber.org: Məlumata görə, XİN-in məlumatıa görə, görüşün əsas mövzusu yerli seçkilər və 4 oktyabr hadisələri olub.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu ölkədə akkreditə olunmuş səfirlərin nazirliyə səfərini şərh edib. O qeyd edib ki, diplomatlar töhmətə çağırılmayıb; onlara 4 oktyabr hadisələri ilə bağlı obyektiv məlumat verilib.

Boçorişvili bildirib ki, müzakirələrdə beynəlxalq ictimaiyyətin və "bir çox hallarda hadisələri təhrif edən, Gürcüstan haqqında yanlış təsəvvürlər yaradan" aktorların reaksiyasına toxunulub.

Xatırladaq ki, oktyabrın 4-də yerli seçkilər günü Tbilisidə müxalifətin etiraz aksiyası keçirilib. Həmin gün bir qrup etirazçı Prezident sarayının darvazalarını sındırıb. Polislə toqquşma baş verib.

6 etirazçı və 21 polis əməkdaşı yaralanıb.

Avropa İttifaqı bəyanat yayaraq, "müxalifətə qarşı geniş təzyiqlər fonunda şənbə günü Gürcüstanda yerli seçkilər keçirildiyini" qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam