Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Cəmil Həsənli də dindiriləcək...

Cəmil Həsənli Ramiz Mehdiyevlə bağlı cinayət işi üzrə şahid qismində dindirilməsi üçün DTX-ya çağırılıb
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ( DTX) davam edən cinayət işi üzrə Cəmil Həsənlinin şahid qismində dindirilməsi üçün DTX-ya çağırıldığı məlum olub.

Yenixeber.org: Bu gün Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli həyat yoldaşı ilə birgə Azərbaycandan qaçmaq istəyib.

Cəmil Həsənli bildirib ki, o, bu gün "qızının ailəvi tədbiri ilə bağlı" həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş. Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib.

Cəmil Həsənlinin həyat yoldaşı ölkəni tərk edib.

Dünən Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb, daha sonra onlar DTX-da dindirilirlər.

Məlumata görə, proses Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılıb. Onun Azərbaycana deportasiya ediləcəyi gözlənilir.

Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam