Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

" İranın raket və hərbi infrastrukturunun böyük hissəsi məhv edilib"

"The Washington Post" qəzeti: ABŞ Prezidenti Donald Tramp iranlılara "azadlıq" vəd edib

İran tərəfi Vaşinqtonla razılaşma əldə etmək üçün əlaqə saxlayır, lakin ABŞ hazırda danışıqlardan daha çox hərbi əməliyyatlara üstünlük verir.
Yenixeber.org: Bunu ABŞ prezidenti Donald Tramp bildirib.

“Onlar zəng edib soruşurlar ki, razılaşmanı necə əldə etmək olar? Mən isə cavab verirəm ki, artıq gecikiblər. Hətta hazırda biz onlardan daha çox müharibə istəyirik”, – deyə Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqtonun İrana qarşı zərbələri zəruri addım olub və bu əməliyyatlar nəticəsində İranın hərbi infrastrukturu ciddi zərər görüb.

Trampın sözlərinə görə, İranın raketlərinin təxminən 60 faizi, raket buraxılış qurğularının isə 64 faizi məhv edilib.

O həmçinin qeyd edib ki, İran raket buraxan kimi ABŞ qüvvələri təxminən dörd dəqiqə ərzində həmin buraxılış qurğusuna zərbə endirir.

ABŞ prezidenti bildirib ki, ABŞ gələcəkdə İranı idarə edəcək istənilən rəhbərliyin ölkəni ABŞ, İsrail və digər dövlətlər üçün təhlükə mənbəyinə çevirməsinə imkan verməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam