Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

General İsmayıl Qaani İsrailə qaçırılıb, təhlükəsiz yerdədir -İran "asmışıq", demişdi

Sosial şəbəkələrdə və bəzi informasiya resurslarında İranın elit hərbi qurumu olan Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani ilə bağlı bir-birinə zidd məlumatlar yayılıb.

Yenixeber.org: “Israel News Agency” adlı mənbənin paylaşdığı məlumata görə, SEPAH Qüds Qüvvələri rəhbəri Qaani hazırda İsrail ərazisində təhlükəsiz vəziyyətdədir. Paylaşımda iddia olunur ki, o, regionda baş verən bir sıra yüksək səviyyəli sui-qəsd əməliyyatlarının arxa planında mühüm rol oynamış ola bilər.

Həmin məlumatda qeyd edilir ki, Qaaninin fəaliyyəti aşağıdakı hadisələrlə əlaqələndirilə bilər:

• İsmayıl Haniyə – HƏMAS liderinin aradan götürülməsi,
• Həsən Nəsrullah və Haşim Səfiyyəddin kimi Hizbullah rəhbərlərinin zərərsizləşdirilməsi,
• həmçinin Əli Xamenei ətrafındakı yüksək rütbəli hərbi komandirlərə qarşı əməliyyatlar.

Lakin bu iddialar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Eyni zamanda İran informasiya məkanında tam fərqli versiyalar yayılır. Bəzi İran yönlü kanallar Qaaninin ölkə daxilində saxlanılaraq həbs olunduğunu iddia edir. Digər mənbələr isə onun hətta edam edildiyi barədə xəbərlər yayıb. Bu məlumatlar da rəsmi Tehran tərəfindən təsdiqini tapmayıb.

Beləliklə, hazırda Qaaninin taleyi ilə bağlı bir-birini təkzib edən üç əsas versiya gündəmdədir: bir tərəf onun İsraildə təhlükəsiz olduğunu iddia edir, digər tərəf isə həbs və ya edam edildiyini bildirir.

Mövzu ilə bağlı rəsmi təsdiq və ya təkzib hələlik açıqlanmayıb.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam