Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Rusiya İrana dron verəcək...

Rusiya İrana dron tədarükünə hazırlaşır 

Rusiya ilə İran arasında hərbi əməkdaşlıqla bağlı yeni iddialar ortaya çıxıb.

Yenixeberorg.com: Financial Times nəşrinin yazdığına görə, ABŞ və İsrailin İrana ilk zərbələrindən sonra Moskva Tehrana pilotsuz uçuş aparatlarının (PUA) tədarükünü gizli şəkildə müzakirə etməyə başlayıb.
Məlumata əsasən, iki mənbə bildirib ki, dronların göndərilməsi ilə bağlı hazırlıqlara mart ayının əvvəlində start verilib və bu prosesin ayın sonuna qədər tamamlanması planlaşdırılıb.

Qərb təhlükəsizlik dairələrindən olan nümayəndələrdən biri isə qeyd edib ki, Rusiyanın İrana hansı konkret dron modellərini təqdim edəcəyi hələ dəqiq məlum deyil. Bununla belə, Moskvanın “Geran-2” kimi modelləri ötürə biləcəyi ehtimal olunur. Bu dronların İran istehsalı olan “Shahed-136” bazasında yaradıldığı bildirilir.

Ekspertlər isə hesab edir ki, İranın əsas ehtiyacı mövcud dronların sayını artırmaq deyil, daha müasir texnologiyalara sahib sistemlər əldə etməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam