Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

"Heç bir ölkə Hörmüz boğazını bağlamaqla dünyanı şantaj edə bilməz"

Tramp: Heç bir ölkə Hörmüz boğazını bağlamaqla dünyanı şantaj edə bilməz
“Heç bir ölkə Hörmüz boğazını bağlamaqla dünyanı şantaj edə bilməz”.
Yenixeberorg.com: Bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Biz Hörmüz boğazından istifadə etmirik və buna ehtiyacımız yoxdur. Bizim ehtiyacımızdan daha çox neft və qazımız var. Neft yükləmək üçün ABŞ-a doğru gedən bir çox tanker və gəmi var. İran limanlarının blokadasında iştirak etmək üçün başqa ölkələrin iştirakına ehtiyacımız yoxdur. Dəniz blokadasında iştirak edəcək ölkələr var”, - Tramp əlavə edib.

O, həmçinin, bu gün səhər saatlarında bəzi ölkələrin İranla bağlı ona zəng etdiyini bildirib.

İran tərəfinin zəng edərək razılıq əldə etmək istədiyini vurğulayan Tramp bundan başqa İran hökumətinin nüvə silahına sahib olmaq fikrindən dönmədiyini deyib.

“Bir çox ABŞ prezidenti İranla bağlı tədbir görmədiyinə görə peşmandır. İran heç vaxt nüvə silahı əldə etməyəcək və bunsuz heç bir razılaşma olmayacaq, Nüvə tozunu bu və ya digər şəkildə geri alacağıq, İran nüvə silahına sahib olmayacaq”, - Tramp deyib.

ABŞ prezidenti Kubanın da uğursuz bir dövlət olduğunu, İranla işlərini bitirdikdən sonra diqqətlərini oraya yönəldə biləcəklərini deyib.

Bundan başqa Tramp Çin liderinin də bu məsələnin həll olunmasını istədiyini deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam