Yenixeberorg.az: Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Pakistan ordusunun feldmarşalı Asim Munirlə görüşü zamanı deyib.
Rzayi o cümlədən İranda zənginləşdirilmiş nüvə materiallarının hamısının ölkədə qalacağını bildirib.
O bildirib ki, zənginləşdirilmiş nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq. Onun sözlərinə görə, bu materiallar İran xalqının milli sərvəti və ölkə daxilində istifadə üçün böyük kapitaldır.
Təhlükəsizlik Şurasının rəsmisi onu da əlavə edib ki, etimadın yaradılması prosesinin başlanması İranın irəli sürdüyü şərtlərin yerinə yetirilməsindən keçir.
Bu gün Tehrana səfər edən Pakistan ordusunun feldmarşalı Asim Munir isə görüşdə İran və Pakistan arasındakı sərhədin açılması məsələsinə toxunub.
“Açıq şəkildə bəyan edirik ki, İran və Pakistan sərhədləri ilə bağlı problem aradan qaldırılıb və sərhəd bu gün səhər saatlarından etibarən açılıb”, - Munir deyib.








AZ
RU
