Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış -Şirkəti cərimələndi

Cavanşir Feyziyevin dərman firmasına daha bir cərimə

Səhiyyə Nazirliyinin müvafiq qurumu tərəfindən Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, 111A ünvanında yerləşən “Dokta” MMC-yə məxsus aptekdə aparılan yoxlama zamanı bir sıra nöqsanlar üzə çıxıb.

Yenixeberorg.az: Əldə etdiyimiz məlumata görə, yoxlama zamanı dərman vasitələrinin reseptsiz buraxılması faktları aşkar edilib.

Məlum olub ki, “Ademta 400 mq”, “Lopista H50 mq/ 12,5 mq”, “Eqiloq 25 mq”, “Unirizin” adlı dərman vasitələri resept əsasında satılmalı olduğu halda, alıcılara reseptsiz təqdim edilib. Bundan başqa, yoxlama nəticəsində “Myocron (50mg, 5ml)” adlı dərman vasitəsinin saxlama şəraitinin pozulduğu da aşkar olunub.

Hər iki fakt üzrə İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə “Dokta” MMC inzibati qaydada cərimələnib.(Xitab24.az)

Qeyd edək ki, “Dokta” MMC-nin millət vəkili Cavanşir Feyziyevə məxsus olmasına dair mətbuatda kifayət qədər materiallara rast gəlmək mümkündür. Araşdırmalar nəticəsində də sözügedən şirkətin deputata məxsus olduğu faktı daha öncə aşkarlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam