Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Bu gün Konstitusiya Günümüzdür

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

Bu gün, 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

Yenixeberorg.az: Azərbaycan dövlətinin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Daha sonra Azərbaycan SSR Konstitusiyası 1925-ci il martın 14-də SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyada IV Ümumazərbaycan Sovetlər Qurultayında təsdiqlənib. 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş aparılıb. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başlayıb və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə təqdim olunub. 1995-ci il noyabrın 12-də isə ümumxalq referendumunda Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilib.

İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Yeni Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.

Konstitusiyaya 24 avqust 2002-ci il, 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il tarixlərində referendum yolu ilə əlavə və dəyişikliklər edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam