Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Keçmiş arvadı bütün sirri açdı –Orbanın komandası hərəkətə keçdi!

Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşını şantaj etmək və məişət zorakılığına yol vermək ittihamları ilə üzləşib. Onun barəsində prokurorluğa iki cinayət şikayəti təqdim edilib.

Yenixeberorg.az: Macarıstanın “Magyar Nemzet” nəşrinin məlumatına əsasən, şikayətlər ölkənin keçmiş ədliyyə naziri, Viktor Orbanın rəhbərlik etdiyi Fides partiyasının təmsilçisi Yudit Varqanın parlament komissiyasında verdiyi ifadələrdən sonra gündəmə gəlib.

Noyabrın 13-də yayılan məlumata görə, Viktor Orbanın rəhbərlik etdiyi Fides partiyasının keçmiş parlament deputatı İlona Ekeş Madyarın hərəkətlərinin şantaj və məişət zorakılığı baxımından araşdırılması üçün prokurorluğa müraciət edib. Ekeş 2002-ci ildə Fidesin qadınlar təşkilatının təsisçilərindən biri olub və 2006–2014-cü illərdə partiyanı parlamentdə təmsil edib.

İştvan Tenyi də oxşar ittihamlarla prokurorluğa cinayət şikayəti təqdim edib.

Gizli səs yazısı...

Hadisənin mərkəzində 2023-cü ilin yanvarında Madyarın həyat yoldaşından xəbərsiz qeydə aldığı səs yazısı dayanır.

Yudit Varqa noyabrın 11-də parlamentin istintaq komissiyasında bildirib ki, keçmiş əri həmin səs yazısından 2024-cü ilin martına qədər ona təzyiq göstərmək üçün istifadə edib.

Keçmiş nazirin sözlərinə görə, Madyar boşanmaq qərarından imtina etməyəcəyi təqdirdə onu prokurorluğa şikayət edəcəyi, həbs etdirəcəyi və həyatını məhv edəcəyi ilə hədələyib.

Varqa bildirib ki, təhdidlər xüsusilə boşanma, əmlak bölgüsü və uşaqlarla bağlı məsələlərə təsir göstərmək məqsədi daşıyıb.

Mübahisəli səs yazısı Macarıstanda geniş rezonans doğurmuş Şadl–Völner işi ilə bağlıdır. Həmin iş məhkəmə icraçıları sistemində korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə əlaqədardır. Madyar 2024-cü ilin martında səs yazısını ictimaiyyətə təqdim edib. Varqa isə parlamentdəki ifadəsində həmin materialın montaj edildiyini bildirib.

Keçmiş nazir Madyarın səs yazısını 14 ay ərzində niyə açıqlamadığını da gündəmə gətirib.

Araşdırma tələb olunur

Şikayətlərdə uzunmüddətli psixoloji təzyiq, şəxsi münasibətlərdə hədə-qorxu və əmlak məsələlərinə təsir göstərmək cəhdlərinin hüquqi baxımdan araşdırılması istənilir.

Macarıstanlı hüquqşünas Zoltan Lomnitsi bildirib ki, gizli səs yazısından təhdid məqsədilə istifadə edilməsi sübuta yetirilərsə, bunun ciddi hüquqi nəticələri ola bilər.

Onun sözlərinə görə, şantaj ittihamının hüquqi əsaslandırılması üçün qanunsuz maddi qazanc məqsədinin və əmlak zərərinin mövcudluğu da araşdırılmalıdır.

“Magyar Nemzet”in noyabrın 13-də yaydığı xəbərdə prokurorluğa təqdim edilən müraciətlərdə Madyarın hərəkətlərinə cinayət-hüquqi qiymət verilməsinin tələb olunduğu bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam