Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Estoniya bu ölkə ilə bütün sərhəd keçid məntəqələrini bağlayacaq -SƏBƏB

Sərhəd keçid məntəqələrinin 1 dekabrdan etibarən bağlanması planlaşdırılır

Yenixeberorg.az: Estoniya müdafiə zavodunda baş verən təxribat cəhdi ilə bağlı hadisədən sonra Rusiya ilə bütün sərhəd keçid məntəqələrini bağlayır. Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna sosial media hesabında yazıb.

Estoniya-Rusiya sərhədindəki bütün sərhəd keçid məntəqələrinin 1 dekabrdan etibarən bağlanması planlaşdırılır.

Estoniya xarici işlər naziri yazıb: "Rusiya Estoniyaya qarşı düşmənçilik hərəkətlərinin nəticələri olduğunu başa düşməlidir. Təhlükəsizliyimizə təhdid, sabitliyi pozmaq və ya sarsıtmaq cəhdləri cavabsız qalmayacaq. Sərhəd keçid məntəqələrinin bağlanması Rusiyanın Estoniyada düşmənçilik fəaliyyəti aparmaq qabiliyyətini məhdudlaşdıracaq və sanksiyalardan yayınmanın qarşısını almaq səylərimizi gücləndirəcək".

Nazirin sözlərinə görə, o, bu qərar barədə Finlandiya, Latviya və Litvadakı həmkarlarını məlumatlandırıb.

Xatırladaq ki, 14 noyabrda Estoniyada dron istehsal edən “Threod Systems” müdafiə şirkətinə qarşı uğursuz sabotaj cəhdi edilib. Ölkənin Xarici İşlər Nazirliyi buna görə Rusiyanı günahlandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam