ABŞ İranın nüvə proqramını və adi silahlı qüvvələrini məhv edib, lakin bəzi dairələr müharibənin sonsuza qədər davam etməsini istəyir.
Yenixeberorg.az: Bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Fox News”a müsahibəsində bildirib.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın qarşısında bir neçə seçim var.
“Prezident deyə bilər ki, bununla işimiz bitdi. Əlbəttə, o, iranlılara qarşı əlavə hərbi və diplomatik təzyiq də göstərə bilər. Mən hesab edirəm ki, hazırda məhz bu variant üzərində düşünür”, – Vens vurğulayıb.
Vitse-prezidentin sözlərinə görə, nəhayət, əsas məsələ yaranmış vəziyyətin həlli üçün hansı addımların atılacağıdır.
“Prezident sonda hansı qərarı qəbul etsə də, həmişə daha çoxunu tələb edən, müharibənin sonsuza qədər davam etməsini istəyən insanlar tapılacaq”, – o əlavə edib.









AZ
RU