Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

TÜRK KƏŞFİYYATI BU CASUSLARI YAXALADI -Əməliyyat

 

 Türkiyə hüquq-mühafizə orqanları Fransa üçün casusluq fəaliyyəti göstərməkdə şübhələnən 4 şəxsi yaxalayıb.

Yenixeber.org: Bu barədə “Daily Sabah” qəzeti məlumat yayıb.

İstintaqın versiyasına görə, həbs olunan şəxslər Türkiyənin mühafizəkar təşkilatlar, dini qrup və icmalar, habelə Dini işlər idarəsindəki daxili mühitlə bağlı informasiya toplamaqla məşğulmuşlar.

Həmin adamlar Milli Kəşfiyyat Təşkilatının agentləri adından, saxta vəsiqələrlə müxtəlif insanları dindiriblər və bunu guya İŞİD kimi terrorçu qruplarla bağlı məlumat yığmaq məqsədilə həyata keçirdiklərini deyiblər.

Onlardan biri də Metin Özdemirdir. Metin Özdemir bir vaxtlar Əfqanıstanda qulluq etdiyi zaman Fransanın hərbi kəşfiyyatı tərəfindən ələ alınıb. Türkiyəyə geri döndüyü vaxt o, həmin ölkənin İstanbuldakı baş konsulluğunda mühafizəçi kimi çalışıb. 

Burada o, Fransanın Xarici təhlükəsizlik baş idarəsi ( Xarici və hərbi kəşfiyyat üzrə birgə idarə sayılır-red.) ilə kontakta keçib. Xarici agentliklər xəbər verir ki, Metin Özdemirə “Bruno” kod adlı fransız kəşfiyyatçı kuratorluq edib və ona gələcəkdə dünyanın ən elitar hərbi birliklərindən sayılan xarici legionda xidməti vəzifə vəd olunub.

Həbs edilən casusun etirafına görə, bu müddət ərzində o, 120 imamı (molla-red.) dindirərək, əldə olunan məlumatları Fransa tərəfinə ötürüb. Meitn Özdmir özü ilə bərabər bələdiyyə məmurunu, otel işçisini və telefon ticarəti ilə məşğul olan başqa bir nəfəri casusluq işinə cəlb edib.

Fransa tərəfdən “Bruno”dan başqa “Virciniya” və “Sebastyan” kod adlı kəşfiyyatçılar əməliyata rəhbərlik ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam