Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Mağazadan 10 min manatdan çox pul oğurlandı...Qaxda

Mağazadan 10 min manatdan çox pul oğurlandı...

 

Qax rayonunda mağazadan 10 min manatdan çox pul oğurlanıb

 

Yenixeber.org: Hadisə Qax şəhərində, Vaqif Eyvazov küçəsində yerləşən marketlərdən birində qeydə alınıb.

Belə ki, şəhər sakini Tamara Abuzər qızı Məmmədova Qax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək işlədiyi mağazadan naməlum şəxs və ya şəxslərin 10 000 AZN və 100 ABŞ dolları, həmçinin kassadan 300 manat pulu gizli yolla talayaraq ona maddi ziyan vurduğunu bildirib.

Market sahibinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, bir müddət əvvəl həyat yoldaşı avtomobilini sataraq 10 min manatı mağazada saxlayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam