Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Bağça müdirəsinə 8 il həbs verildi, amma…

 

 

Yenixeber.org: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən "Körpə incilər" Təlim-Tədris Mərkəzinin müdiri İlahə Ziyadovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İ.Ziyadovanın himayəsində 4 yaşında azyaşlı övladı olduğu üçün hökmün icrası uşağın 14 yaşı tamam olanadək təxirə salınıb. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri qüvvədə saxlanılıb.

İttiham aktına əsasən, Bakının Xətai rayonunda yerləşən "Körpə incilər" Təlim-Tədris Mərkəzinin müdiri İ.Ziyadova Tavat Muradlını bağçaya ingilis dili müəlliməsi kimi işə qəbulu üçün onun anası Tünzalə Muradovadan 2500 manat məbləğində pul alıb. Daha sonra İ.Ziyadova T.Muradovaya verdiyi vədə əməl etməyib.

Bundan başqa, İ.Ziyadova çoxsaylı şəxsləri bağçaya tibb bacısı və müəllimə kimi işə götürəcəyini bildirəərk, onlardan rüşvət alıb. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. İ. Ziyadova məhkəməyə verdiyi ifadəsində işə düzəltmə adı ilə rüşvət aldığını etiraf edib. O, zərərçəkmişlərə dəyən ziyanın hamısını ödəyəcəyini söyləyib. İ.Ziyadova Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddələri ilə ittiham olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam