Redaktor seçimi
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
Günün xəbəri

Tramp ayaqqabısına yapışan tualet kağızı ilə sosial medianın dilinə düşdü - FOTOLAR

 
ABŞ prezidenti Donald Tramp yeni bir xoşagəlməz situasiya ilə üzləşib.
Yenixeber.org: Jurnalistlər onun xidməti maşınına minərkən ayaqqabısına yapışan tualet kağızına diqqət ediblər.
Xəbərdə həmin vaxt Birləşmiş Ştatların dövlət başısının yanında xanımı Melaniya Trampın da olduğu bildirilir.
Nyu-York şəhərindən Vaşinqtona keçmək üçün hərəkət edən Ağ Evin rəhbərinin ayağına yapışan həmin kağız təyyarəyə minənə qədər çıxmayıb.
“Daily Mail” qəzeti prezidentin ətrafındakı şəxslərdən heç birinin bunu ona deməyə cürət etmədiyini yazıb.
Qeyd olunur ki, belə bir hadisə Donald Trampın başına ikinci dəfə gəlir.
2018-ci ilin oktyabrın 5-də Donald Tramp Minneapolis beynəlxalq hava limanından təyyarəyə qalxarkən də onun çəkməsində tualet kağızının yapışdığı görülmüşdü.
Ümumiyyətlə, ABŞ prezidentinin adı tualet kağızları ilə tez-tez hallandırılır.
2017-ci ildə Antoniio Batalya adlı meksikalı iş adamı onun şəkli və soyadı qeyd olunan kağız istehsal etmişdi. Antonio Batalya bunu Donald Trampın ölkəsinə və meksikalılara qarşı ikrah münasibətinə, habelə sərhəddə divar tikməsinə görə intiqam aldığını söyləmişdi. (Musavat)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam