Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub-FOTO

FIFA prezidenti Canni İnfantino, turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov, AFFA prezidenti Rövşən Nəcəf və AFFA rəsmiləri U-15 dünya çempionatı və festivalının ilk oyun günündə Hövsan Yarış Kompleksini ziyarət ediblər.

Yenixeberorg.az-in məlumatına görə, səfər zamanı rəsmilər kompleksdə yaradılmış şəraitlə tanış olub, turnirin ilk oyunlarını izləyiblər.

İlk oyun günü ərzində Hövsan Yarış Kompleksində ümumilikdə 92 oyun keçiriləcək.

FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 ümumilikdə 22-30 oktyabr tarixlərini əhatə edir. Turnirin ilk oyunlarına bu gün, 24 oktyabrda start verilib. İlk dəfə keçirilən turnir 189 FIFA üzv assosiasiyasından olan gənc futbol istedadlarını Bakıda bir araya gətirir. İlk oyun günü bu axşam "Baku Crystal Hall"da davam edəcək. Burada turnirin rəsmi açılış mərasimi keçiriləcək, ardınca isə Azərbaycan milli komandası Şərqi Timor yığması ilə qarşılaşacaq. Yüksək səviyyəli qonaqların səfəri FIFA, AFFA və yerli təşkilat qurumları arasında sıx əməkdaşlığı əks etdirir. FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 gənc futbolçuların inkişafına, beynəlxalq təcrübə mübadiləsinə və futbolun qlobal miqyasda inkişafına töhfə verməyi hədəfləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam