Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Nazirlik və universitetlər Elnur Abdullayevin 10 manatlıq şirkətinə 95 min manatdan çox vəsait ödəyibmiş -FOTOFAKT

news/2026_11_14/inshot_20261114_165129146_1794660719.jpg

Bir sıra dövlət qurumları və ali təhsil müəssisələri fəaliyyətləri ilə bağlı press-relizlərin mediada yerləşdirilməsi üçün 10 manat nizamnamə kapitalı olan "Global Promo" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1506934181) ilə ümumilikdə 95.296,25 AZN (95 min 296 manatdan çox) dəyərində müqavilələr imzalayıb.

Yenixeberorg.az: Rəsmi satınalma portalından əldə etdiyimiz məlumata görə, bütün müqavilələr müsabiqə keçirilmədən, bir mənbədən satınalma metodu tətbiq edilməklə rəsmiləşdirilib.

Belə ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki "Əsaslı Tikinti və Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti mədəniyyət sahəsində həyata keçirilən islahatlar, layihə və tədbirlər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə "oxu.az", "caliber.az", "report.az" və "Baku.ws" saytlarında press-relizlərin yerləşdirilməsi xidmətlərinin satın alınması üçün "Global Promo" MMC ilə 69.572,25 AZN məbləğində müqavilə bağlayıb. 22.04.2026-cı il tarixində dərc olunan və 20.04.2026-cı il tarixindən qüvvəyə minən bu müqavilə 30.12.2026-cı il tarixinədək davam edəcək.

Bundan başqa, Azərbaycan Tibb Universiteti öz fəaliyyəti ilə əlaqədar press-relizlərin saytlarda yerləşdirilməsi xidməti üzrə sözügedən şirkətlə 19.824 AZN dəyərində satınalma müqaviləsi rəsmiləşdirib. 15.05.2026-cı il tarixində dərc edilən və həmin tarixdən icrasına başlanılan müqavilənin müddəti 30.12.2026-cı il tarixində başa çatır.

news/2026_11_14/screenshot_2026_11_14_15_50_12_332_comandroidchrome_edit_1794659496.jpg

Həmçinin "Naxçıvan Dövlət Universiteti" Publik Hüquqi Şəxsi də "Report.az" saytında press-relizlərin yerləşdirilməsi xidmətlərinin satın alınması məqsədilə "Global Promo" MMC ilə 5.900 AZN məbləğində müqavilə imzalayıb. 19.08.2026-cı il tarixində dərc olunan və həmin gündən icrasına başlanılan bu müqavilə 19.08.2027-ci il tarixinədək qüvvədədir.

news/2026_11_14/screenshot_2026_11_14_15_50_45_731_comandroidchrome_edit_1794659496.jpg

Qeyd edək ki, Elnur Abdullayevin rəhbərlik etdiyi "Global Media Group" MMC press-relizlərin yayımı üçün elan olunan tenderlərdə son dönəm "Global Promo" MMC ilə birgə və ya bu şirkət üzərindən çıxış edir və materialları öz tabeliyindəki saytlarda yayır. 11 sentyabr 2024-cü il tarixində təsis edilən "Global Promo" MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir və qanuni təmsilçisi Əlləzli Kəmalə Siyavuş qızıdır.

Xatırladaq ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli, Naxçıvan Dövlət Universitetinin rektoru isə Elbrus İsayevdir.(32gun.az)

news/2026_11_14/screenshot_2026_11_14_15_54_06_745_comandroidchrome_edit_1794659496.jpg
news/2026_11_14/screenshot_2026_11_14_15_52_51_796_comandroidchrome_edit_1794659496.jpg



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam