Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Azərbaycanın su-kanalizasiya dərdi:Nəhəng bir sahəni əlində cəmləyən Su Ehtiyatları Agentliyi nə işlə məşğuldur?

Azərbaycan ərazisində müşahidə olunan yağıntılı hava şəraiti, göydən yağan nur hər dəfə olduğu kimi, bu dəfə də su təsərrüfatındakı bərbad vəziyyətə işıq saçmaqla dəhşətli problemləri yenidən üzə çıxardıb.

Yenixeberorg.az: Xüsusilə Bakı şəhəri və ətraf qəsəbələrin su-kanalizasiya sistemindəki acınacaqlı vəziyyət bir daha ictimai müzakirələrin mərkəzinə yüksəlib.

Bundan əvvəlsə payızın payız vaxtında Bakı şəhərinin böyük əraziləri günlərlə su üzünə həsrət qaldı: eynilə 2000-ci illərin əvvəllərində olduğu kimi...

Baxmayaraq ki, dövlət Bakı və Abşeron yarımadasının su təchizatının yaxşılaşdırılması üçün nəhəng layihələrə öz büdcəsindən və xarici kreditlər hesabına milyardlarla manat vəsait ayırıb, bu sistemdə nə qaz, nə də elektrik enerjisi təchizatı sistemindəki müsbət dəyişikliklər baş verməyib: yenə də yay başlayan kimi Bakı və Abşeron əhalisi günlərlə davam edən su çatışmazlığı ilə üz-üzə qalır. Bu ildən isə payızda eyni problem yaşandı.

Məlumdur ki, Azərbaycanda elektrik enerjisi, qaz cə su təchizatı sistemləri Sover dövründə 90-cı illərin əvvəllərinə qədərki genişlənmə nəzərə alınaraq planlaşdırılmışdı. 2000-ci illərin əvvəllərindən etibarən dövlətin ayırdığı vəsaitlər hesabına qaz və elektrik enerjisi təchizatı sistemlərində ciddi yenilənmə işləri həyata keçirildi, müasirləşdi və böyüyən paytaxtın artan tələbatına əsasən uyğunlaşdırıldı. Lakin su təchizatı sistemi ilə bağlı bunu söyləmək təəssüf ki, mümkün deyil.

Artıq elektrik enerjisi təchizatçısı “Azərişıq” ASC mənfəətə çıxıb. Gələn ildən isə qurum dövlət büdcəsinə dvident ödəməyə başlayacaq. Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan, Azərsu ASC-nin varisi İri Şəhərlərin Birləşmiş Su Təchizatı QSC (Bu ilin fevraına qədər İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti olub – red.) isə külli miqdarda zərərdən çıxa bilmir. Maliyyə hesabatından aydın olur ki, əvvəlki milyardlarla manatlıq zərəri silinən qurum yenə də zərər bəyan edir. Xidmət 2024-cü ili 146 milyon 977 min manat xalis zərərlə başa vurub. Həmin il İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin satışdan gəlirləri 297,374 milyon manat (2023-cü ilə nisbətən 2,2 faiz az), satışının maya dəyəri 129,779 milyon manat (19,5 faiz az), inzibati xərcləri 37,791 milyon manat (7,7 faiz çox), satış və paylanma xərcləri 149,74 milyon manat (7,6 faiz az), digər əməliyyat xərcləri 170,226 milyon manat (1,6 faiz az), maliyyə xərcləri 849 min manat (6,9 dəfə az), icra öhdəlikləri üzrə faiz xərcləri 87 min manat (29,3 faiz az), məzənnə fərqindən gəlirləri 51 min manat (əvvəlki il zərər olub), digər gəlirləri 44,186 milyon manat (5,6 dəfə çox), mənfəət vergisi ödəmələri isə 116 min manat (0,9 faiz çox) təşkil edib.

2025-ci il yanvarın 1-nə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin aktivləri 1 milyard 15,814 milyon manat olub ki, bu da illik müqayisədə 12,9 faiz azdır. Hesabat dövründə Xidmətin öhdəlikləri 0,8 faiz azalaraq 480,734 milyon manat, balans kapitalı 21,6 faiz azalaraq 535,08 milyon manat, o cümlədən nizamnamə kapitalı 6 dəfə artaraq 2 milyard 400,427 milyon manat olub.

2026-cı il başa çatmaq üzrədir, QSC hələ 2025-ci ilin hesabatını təqdim etməyib.

Dövlətdən yarım milyard alan qurum hesabatlılıqdan niyə yayınır?

Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan "Regional Su Meliorasiya" QSC isə ümumiyyətlə, hesabat anlayışını unudub. O qədər unudub ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi onun barəsində araşdırmaya başlayıb. Agentliyin bu ilin martında yaydığı açıqlamadan aydın olur ki, QSC barədə araşdırma Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinin yerinə yetirilib-yetirilməməsi ilə bağlı başladılıb. Həmin maddəyə əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər fəaliyyətlərinin nəticələrinə dair maliyyə hesabatlarını müəyyən edilmiş qaydada və vaxtında rəqabət orqanına təqdim etməlidirlər.

2021-ci ildən (o vaxtkı adı Meliorasiya və Su Təsərrüfatı ASC idi-red.) qurumun rəhbəri olan Zaur Mikayılovun, deyəsən, hesabat anlayışına münasibəti, yumşaq desək, müsbət deyil. Belə ki, ASC-nin son maliyyə hesabatı 2022-ci ilə aiddir. Həmin hesdabatdan isə aydın olur ki, qurum 2022-ci ildə əvvəlki illə müqayisədə 24,8 faiz az olmaqla cəmi 59,48 milyon manat mənfəət əldə edib. 2023-cü ilin martında ADSEA yaradıldıqdan və Meliorasiya və Su Təsərrüfatı ASC onun tabeliyinə verildikdən sonra çox böyük maliyyə vəsaitlərinin dövr etdiyi bu qurum 1 dəfə də olsun hesabat açıqlamayıb. Bu isə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini qurum barədə araşdırma başlamağa vadar edib. Ümid edək ki, bu tədbir ADSEA rəhbərliyinin hesabatlılığa yanaşmasını dəyişəcək.

yuksek-vezifeye-teyin-edilen-zaur-mikayilov-kimdir
          Zaur Mikayılov

Getdikcə daha aydın görünür ki, Azərbaycan Prezidentinin fərmanına əsasən 2023-cü ildə su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək və sudan səmərəli istifadəni təmin etmək məqsədilə yaradılan, bütün ölkənin su təchizatını əlində cəmləyən Su Ehtiyatları Dövlət Agentliyinin fəaliyyəti nə kəndlinin, nə də şəhərlinin su dərdinə çarə qılmağa yönəlib. Suvarma mövsümü başlayandan kəndli min əziyyətlə əkdiyi tarlasına, şəhərli isə istidən təntiyən canını sərinlətməyə su tapa bilmir.

Su kimi həyati vacib sahəni əlində cəmləyən agentlik isə cəmiyyətdə yaxın qohumların birliyi adını qazanıb, özü də əsaslı olaraq.

Meliorasiya Azərbaycanda büdcədən ən çox vəsait ayrılan sahələrdən biridir: 2025-ci il Azərbaycan Respublikasının dövlət büdcəsində kənd təsərrüfatı bölməsi daxilində meliorasiya tədbirlərinə ümumilikdə 542 683 176 manat (təxminən 542.7 milyon manat) vəsait ayrılıb. Qanunvericilik zərfinə əsasən, bu vəsaitlərin tam həcmi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən keçmiş Regional Su Meliorasiya QSC-nin payına düşüb. Baş nazir Əli Əsədovun Milli Məclisdəki çıxışında isə qeyd olunub ki, ölkədə su ehtiyatlarından səmərəli istifadə, fermerlərin suvarma suyu ilə təminatı və suvarma sahələrinin genişləndirilməsi (su təsərrüfatı və meliorasiya layihələri) üçün ümumilikdə yönəldilən vəsaitin həcmi 546 milyon manat təşkil edib.

Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında yeni dövr  başlayır - AZƏRTAC

"Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" Qanuna əsasən, 2026-cı ildə meliorasiya tədbirləri üçün dövlət büdcəsindən 489 998 537 manat (təxminən 490 milyon manat) vəsait ayrılıb.

Gələn ilin büdcəsindən isə ölkə ərazisində mövcud olan su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsi, fermerlərin suvarma suyu ilə təchizatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi, suvarma subartezian quyularının saxlanılması və digər meliorasiya tədbirlərinin maliyyə təminatı üçün QSC-yə 477 milyon manat ayrılması nəzərdə tutulur.

İri su anbarlarının tikintisi, təmiri, su kanallarının çəkilməsi bu vəsaitlərə daxil olmayıb, büdcədən əlavə maliyyələşdirilir.

Hər il yarım milyard manat büdcədən alan, regionlarda kəndli-fermerlərə su satışından irihəcmli gəlir əldə edən QSC 2018-2022-ci illəri əhatə edən qısamüddətli dövr istisna olmaqla, hesabatlılığı yaxına belə buraxmır.

Regional Su Meliorasiya Agentliyinin regionlardakı fəaliyyəti insanların böyük narazılığına səbəb olmaqdadır: suvarma suyunun bölüşdürülməsi zamanı Agentlik rəsmiləri ədalətsizliyə yol verir, bir çox hallarda onlarla fermerin zərərlə üzləşməsinə şərait yaradırlar. Agentliyin su paylaşımında ayrı-seçkiliyə yol verməsi insanların kütləvi narazılığına səbəb olmaqdadır. Bu narazılıq ölkəni müxtəlif orqanlarına müraciətlərdən aydın görünür. Məhz belə müraciətlər əsasın Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2025-ci ildə Regional Su Meliorasiya Xidməti QSC-yə uyğunsuzluğun aradan qaldırılması üçün icrası məcburi göstəriş verib. Agentliyin yaydığı açıqlamadan aydın olur ki, Biləsuvar rayon sakinlərinin müraciətləri əsasında aparılan araşdırmalar zamanı su təchizatı prosesinin daha effektiv və hüquqi tələblərə tam uyğun şəkildə təşkili üçün əlavə mexanizmlərin tətbiqinə ehtiyac olduğu müəyyənləşib. Araşdırmaların nəticəsi olaraq, “Regional Su Meliorasiya Xidməti” PHŞ-nin fəaliyyətinin Rəqabət Məcəlləsinə tam uyğunluğunun təmin edilməsi məqsədilə bir sıra təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi əsas tutularaq iş qaldırılıb.

İşə baxılma prosesində təbii inhisar subyekti olan “Regional Su Meliorasiya Xidməti” tərəfindən Biləsuvar rayonu ərazisində su təchizatı ilə bağlı həyata keçirilən müəyyən inzibati və texniki məsələlərin sahə üzrə qanunvericilik tələblərinə uyğun daha sistemli şəkildə icra olunmasının vacibliyi və uyğunsuzluğun nəticələrinin aradan qaldırılmasına ehtiyac olduğu müəyyən edilib.

Bu xüsusda Rəqabət Məcəlləsinin müvafiq müddəaları nəzərə alınmaqla, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Regional Su Meliorasiya Xidməti” PHŞ-yə bütün ölkə ərazisində, o cümlədən Biləsuvar rayonunda su təchizatının qanunvericiliyə uyğun təşkili, suyun satışı ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tariflərin tətbiqi, istehlakçıların mənafeyinin qorunması və göstərilən xidmətlərin təsdiq olunmuş keyfiyyət normalarına uyğunlaşdırılması ilə bağlı icrası məcburi olan göstəriş verilib.

Göstəriş çərçivəsində su təchizatının dayanıqlılığının artırılması, abonentlərlə işin daha şəffaf aparılması, müvafiq tariflərin düzgün tətbiqi, həmçinin texniki infrastrukturun mərhələli şəkildə təkmilləşdirilməsi nəzərdə tutulub.

Regionlarda sel və subasmalara qarşı mübarizə tədbirləri faktiki olaraq kağız üzərində aparılır. Son 3 ildə xüsusilə regionlarda selötürücü sistemlərin baxımsız buraxılması yağışlar zamanı rayonlarda minlərlə hektar ərazilərin su altında qalmasına, fermer və bizneslərin külli miqdarda ziyana düşməsinə səbəb olur. Ötən il və bu ilin aprelində yağan güclü yağışlardan sonra məlum oldu ki, ADSEA Abşerona su nəqli dayandırılan keçmiş Samur-Abşeron su kanalının selötürücü funksiyasını “unudub”. Kanalın bütün Şimal bölgəsi boyu sel sularını toplayaraq dənizə ötürməsini “yaddan çıxaran” ADSEA rəsmiləri Xızı rayonunun Sitalçay kəndi yaxınlığında həmin suları dənizə axıtmaq üçün istifadə olunan qapıları bağlayıblar. Nəticədə, 2 ildir ki, Sitalçay və Giləzi kəndlərinin yüzlərlə hektar ərazisi, sakinlərin evləri, biznes obyektləri su altında qalır.

Kollektor-drenaj sisteminə milyonlar sərf olunur, amma şoranlaşma artır

QSC-nin fəaliyyətinin digər istiqamətlərində də böyük problemlər var. Hesablama Palatasının 2024-cü ildə apardığı kənar dövlət maliyyə nəzarəti tədbiri onların mühüm hissəsini üzə çıxarıb. Tədbirlər çərçivəsində Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditi həyata keçirilib

Audit nəticəsində məlum olub ki, QSC rəhbərliyinin hər addımda torpaqların deqradasiyasına qarşı mübarizə, kollektor-drenaj sisteminin fəaliyyətinin gücləndirilməsi istiqamətində hansısa mühüm işlər görüldüyünə dair çıxışlarına rəğmən, ölkənin ən böyük kollektor-drenaj sisteminin yerləşdiyi Kür-Araz ovalığında ümumilikdə zəif, orta və güclü dərəcədə şorlaşmış torpaq sahələrinin xüsusi çəkisi respublika üzrə 2019-cu ildəki, müvafiq olaraq, 29,2 faiz, 24,2 faiz və 24,1 faizdən 2024-cü ildə müvafiq olaraq, 34,1 faiz, 29,1faiz və 24,4 faizə çatıb.

O da üzə çıxıb ki, audit olunan dövrdə kənar dövlət maliyyə nəzarətinin obyekti və tabeli qurumlar tərəfindən uzunmüddətli fəaliyyət hədəflərinin müəyyən edildiyi Strateji Planları olmayıb, fəaliyyət illik istismar tədbirləri planı əsasında həyata keçirilmişdir. İstismar tədbirləri planı tabeli qurumların təqdim etdikləri tələbat göstəriciləri azaldılmaqla təsdiq olunub, sonradan həmin plan göstəriciləri faktiki icra göstəricilərinə uyğunlaşdırılmaqla azaldılaraq dürüstləşdirilib. Nəticədə illik plan göstəricilərinin yüksək səviyyədə icra olunduğu görünsə də, tabeli qurumların tələbat göstəricilərinin aşağı səviyyəli icrası istismar tədbirlərinin lazım olan vaxtda icra edilməməsinə və dren-kollektor şəbəkəsinin istismarı üzrə həyata keçirilən tədbirlərin dar çərçivədə həyata keçirilməsinə səbəb olub.

Salyan və Sabirabad rayonlardakı qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi başdonsovdu aparılıb, nəticədə, bölgədə əkinçiliyə müsbət təsiri olmayıb.
Ən dəhşətli nəticələrdən birinə görə, sutoplayıcı kollektorlardan təmizlənməmiş çirkab sularının axıdılması məqsədilə istifadə olunması (məsələn, Yevlax, Kürdəmir və Sabirabad rayonlarında), sonradan isə həmin kollektorların kənd təsərrüfatı və məişətdə istifadə edilən su hövzələrinə axıdılması hallarına rast gəlinib.

          11-17 sm dərinliyi olan göllərdə balıq yetişdirilir?

Həmçinin respublika üzrə fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarının say baxımından 62,6 faizinin, sahə baxımından 85,4 faizinin yerləşdiyi Kür-Araz ovalığında balıq göllərinə verilən suların uçotunun düzgün aparılmadığı aşkarlanıb: Palata qeyd edir ki, keçmiş Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) məlumatında 2023-cü ildə balıq göllərinin 1 hektarına Beyləqan rayonunda 1,1 min m3, Biləsuvar rayonunda 1,7 min m3 su verildiyi əksini tapıb. Bu isə balıq göllərinin hər hektarında suyun dərinliyinin həmin rayonlarda, orta hesabla müvafiq olaraq, 11 sm və 17 sm olması anlamına gəlir ki, bu da balıq yetişdirilməsi üçün tələb olunan su dərinliyi baxımından real deyil. Aydın məsələdir ki, göllərə su lazım olan qədər verilib, lakin az rəsmiləşdirilib. Belə əməliyyatların nəticəsidir ki, keçmiş

Salyan, Neftçala və Sabirabadda kollektor-drenaj şəbəkələri lildən  təmizlənir VİDEO - AZƏRTAC

ASC-nin mənfəəti 2022-ci ildə 2021-ci illə müqayisədə 30 faizə yaxın azalıb... Və elə bu azalmaları gizlətmək üçün ondan bəri qurumun maliyyə hesabatları açıqlanmır...

Balıq gölləri müxtəlif istehlakçılara verilən suyun uçotunun məqsədyönlü şəkildə düzgün aparılmamasının bir nümunəsidir. Analoji vəziyyət Bakı və Abşeronda böyük istirahət mərkəzləri, villalara verilən su ilə bağlı da hökm sürür. Belə obyektlərə verilərək uçota salınmayan böyük həcmdə su itki kimi rəsmiləşdirilir. Məhz belə su təsərrüfatı vəzifəlilərinin maddi maraqlarına cavab verən fəaliyyətin nəticəsidir ki, su itkilərini azaltmaq mümkün olmur.

Bu ilin əvvəlində "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunmuş müşavirədə Prezident İlham Əliyev növbəti dəfə itkilərin böyük problem olduğunu dilə gətirib. Dövlət başçısı vurğulayıb ki, əgər itkilər aşağı səviyyədə olsaydı, mövcud su ehtiyatı bu gün Azərbaycan üçün tam kifayət edərdi. Onun sözlərinə görə, hazırda su sistemində itkilərin həcmi verilən suyun 40-45 faizinə çatır.

Hesablama Palatasının Kür-Araz ovalığında apardığı audit digər ərazilərdə də aparılarsa, 40-45 faizə çatan, su təsərrüfatı rəhbərliyinin yeganə səbəb olaraq təchizat sisteminin köhnəliyini göstərdi itkilərin reallıqda 40-45 faizdən ikiqat aşağıp olduğu üzə çıxar...("Musavat")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam