Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Şoyqudan -Qarabağ və Türkiyə ilə bağlı mühüm açıqlamalar

Şoyqudan Qarabağ və Türkiyə ilə bağlı mühüm açıqlamalar
Dağlıq Qarabağ - bu, çox asan olmayan əməliyyatdır.
Yenixeber.org: Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qazaxıstanın “Tengrinews” agentliyinə müsahibəsində deyib.

Rusiya ilə Türkiyə arasındakı münasibətlərdən danışan Şoyqu bildirib ki, bizim çox çətin, lakin effektiv birgə əməkdaşlığımız var.

“Birgə əməkdaşlıq. Çətindir, ona görə ki, bizə mane olurlar. Həm də Türkiyənin NATO-ya üzv olması mane olur. Amma deyərdim ki, hətta unikal təcrübədir, bir ölkə NATO-ya üzvdür, digər ölkə isə üzv deyil. Rusiya və Türkiyə mümkünsüz görünən yerdə də kompromislər tapmağı bacarırlar.

Məsələn, İdlib deeskalasiya zonası. Ümumiyyətlə, Suriyada belə zonaların yaradılması, fikrimizcə, bu cür münaqişələrin həlli üçün yeni səhifə və yeni mexanizmdir. Həm də birlikdə terrorçulara qarşı mübarizə aparırıq. Bir çox keçid məntəqəsini tənzimləyirik, nəzarət edirik, qaçqınlarla birlikdə məşğul oluruq”.

Şoyqu deyib ki, sonuncu iş Dağlıq Qarabağdır:

"Bu, çox asan olmayan bir əməliyyatdır. Mən onu belə adlandırmaq istərdim. Çünki bunun içində çox sayda arqumentlər, elementlər, motivlər var idi. Digər tərəfdən, Türkiyənin buna qarışması, bu səbəbdən türk həmkarlar ilə də danışmaq və onlarla işləmək lazım idi. İnanın, bütün bunların baş tutması üçün prezidentimiz titanik bir səy göstərdi. Və hər kəsi inandırmaq məcburiyyətində qaldı. Bu gün edilən əsas şey, birincisi, insanların bir-birini öldürməsini dayandırmasıdır. İkincisi, ümid edirəm ki, indi ikitərəfli təmaslara keçməyin və bir-biriləri ilə danışmağa başlamağın vaxtıdır. Mən Ermənistanı və Azərbaycanı nəzərdə tuturam.

Burada, əlbəttə ki, çox şey Rusiya və Türkiyənin münasibətlərdən asılıdır. Həm də yeni oyunçular meydana çıxır, köhnə qonşular görünür, onlar təkliflərlə meydana çıxırlar. Mən İranı nəzərdə tuturam. Bu, infrastrukturun, dəmir yolunun, hidroenerji və nəqliyyat əlaqələrinin inkişafıdır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam