Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

“Qərb bizə qarşı yeni növ müharibəyə başlayıb” –"Bu müharibənin nəticələri tədricən özünü göstərir"

  
“ABŞ başda olmaqla Qərb ölkələri Rusiyaya qarşı mental müharibəyə başlayıb və bunun mənfi nəticələri özünü daha sonra göstərəcək”.
Yenixeber.org: Rusiya Müdafiə nazirinin müşaviri Andrey İlnitski " «Арсенал Отечества» jurnalına müsahibəsində belə deyib. 
Onun sözlərinə görə, Qərb Rusiya ilə birbaşa hərbi qarşıdurmadan qaçır və iki qüvvə arasında birbaşa döyüş ehtimalı yaxın on il müddətində baş verməyəcək. Amma arxayınlaşmaq olmaz. Çünki Qərb ABŞ rəhbərliyi altında Rusiyaya qarşı informasiya-hibrid müharibəsinə başlayıb. Məqsəd isə Rusiyanı zehinsəl olaraq çökdürməkdir.
Nazirlik yetkilisinin fikrincə, Rusiya ətrafında baş verənlər yeni tipli müharibənin əlamətlərinə bənzəyir. “Klassik müharibələrdə məqsəd düşmənin canlı qüvvəsini, müasir kibermüharibələrdə – düşmən infrastrukturunun məhv edilməsini nəzərdə tutur. Yeni tipli zehni müharibənin məqsədi isə özünüdərkin sıradan çıxarılması, düşmən tərəfin mental – mədəni əsaslarını çökdürməkdir. Mən bu tip müharibəni mental savaş adlandırardım", - deyə İlnitski bildirib.
O qeyd edib ki, əgər canlı qüvvə və infrastrukturu bərpa etmək mümkündürsə, "şüurun təkamülünün gedişini bərpa etmək mümkün deyil, özü də bu "mental" müharibənin nəticələri birdən-birə deyil, tədricən özünü göstərir. Ən azı bir nəsildən sonra meydana çıxdığı üçün qarşısını almaq da müşkülə çevrilir”.
 
İlnitski hazırkı vəziyyətdə mental müharibəyə necə müqavimət göstərilə biləcəyinə də aydınlıq gətirib. O, ilkin tədbirlər sırasında internetin suverenliyini, güc və vətəndaş sahələri üçün İnformasiya Müqaviməti üzrə kadrların hazırlanmasını, gənclər siyasətinin yenilənməsini, mövcud hakimiyyətin mühafizəkar əksəriyyət – dayaq elektoratı ilə fəal və geniş dialoqun bərpasını göstərib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam