Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Ərdoğan -"Yunanıstan Lozanna müqaviləsini pozur"

 

“Siz bizim Yunanıstanda 150 min soydaşımızın yaşaması üçün lazımi şərait yaratmırsınız”.

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Üsküdarda Kərəm Aydınları məscidində qıldığı Cümə namazından sonra Yunanıstanın xarici işlər nazirinin Türkiyəyə səfərini dəyərləndirərkən bildirib.

Onun sözlərinə görə, Yunanıstanın xarici işlər naziri Türkiyəyə səfəri zamanı Fənər rum keşişi ilə görüşüb və bunun üçün ona hər cür şərait yaradılıb: "Onların dini ayinlərini icra etmələrinə və bu dini icmanın özünə lider seçməsinə mane olunmur".

Ərdoğan deyib ki, Yunanıstan Lozanna anlaşmasını pozur: "Yunanıstanda müsəlmanların dini liderinin Türkiyədən təyin edilməsinə qarşı çıxır. Xarici işlər nazirimiz yunanıstanlı həmkarına həddini bildirdi, daha mülayim ola bilməzdi. Lozanna müqaviləsinə əsasən, sizlər Yunanıstandakı müsəlmanlar üçün müfti təyin edə bilməzsiniz. İllərdir münasibətlərin düzəlməsi üçün əlimizdən gələni edirik. Atılacaq bütün addımları atmışıq. Ancaq münasibət düzəlmir”.

Qeyd edək ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias aprelin 14-də Türkiyədə səfərdə olub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında yunanıstanlı nazir Türkiyəni ölkəsinin hüquqlarını pozmaqda ittiham etmişdi. Mövlud Çavuşoğlu bunun qəbuledilməz olduğunu və Yunanıstanın reallıqları təhrif etdiyini bildirib. Çavuşoğlu Yunanıstanın türklərə qarşı ayrı-seçkilik siyasətini, müftinin təyin edilməsində qanun pozuntusunun olduğunu xatırladaq vəziyyətin düzəlmədiyni bəyan etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam