Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Ermənistanın başqa variantı yox idi, “çox pis” və “faciə” arasında seçim etməli idik -Qasparyan

Ermənistanın başqa variantı yox idi, “çox pis” və “faciə” arasında seçim etməli idik -  Qasparyan

Bəzi mötərizələri açmalıyıq, amma yayımlanması dövlətimizin mənafelərinə sağalmaz yara vuracaq məlumatlar var. Mənasız ittihamlar səsləndirmək əvəzinə, hərtərəfli araşdırma aparmaq və hər vəzifəli şəxsin günahkarlıq dərəcəsini müəyyənləşdirmək lazımdır.

Yenixeber.org: Bunu Ermənistanın keçmiş Baş Qərargah rəisi Onik Qasparyan Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın ittihamlarına cavab olaraq deyib.

“Razılaşma hamımız üçün çətin olan şərtlər altında qəbul edildi. Biz “çox pis” və “faciə” arasında seçim etməli idik. Birincini seçdik. Həmin vaxt Ermənistanın başqa variantı yox idi və mən üçtərəfli bəyanatı imzalamağa çağırdım. Onda bildirdim ki, təcili danışıqlar aparmaq lazımdır və anklavlarla (Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi) bağlı maddəni bəyanatdan çıxarın. Amma digər iştirakçılar məsuliyyətdən qaçaraq ya susdular, ya da emosional açıqlamalar verdilər. Eyni zamanda, baş nazir mənim arqumentlərimi qəbul etmədi və siyasi komandası ilə müzakirədən yalnız bir neçə saat sonra bəyanatı imzaladı. Cəmiyyətin hissləri üzərində oynamayın və ucuz addımlara müraciət etməyin.

Başqa bir sual, niyə bu vəziyyətə gəlmişik və kimin günahı ucbatından müharibə bizim üçün daha əlverişli şəraitdə 19 oktyabrda dayandırılmadı? Hakimiyyət nümayəndələrinin də eyni həvəslə müharibədən əvvəl, müharibə zamanı və müharibədən sonrakı dövrdə onlara edilən bütün təkliflər barədə danışmalarını istərdim (Ağdamın əvəzinə Hadrutun qaytarılması). Əminəm ki, cəmiyyətin bütün suallarına cavab alacağı gün gələcək”, - Qasparyan bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam