Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Ermənistan Azərbaycana saxta xəritə təqdim edib? –Polkovnikdən açıqlama

Ermənistan Azərbaycana saxta xəritə təqdim edib? – Polkovnikdən açıqlama

Avropa Şurası Parlament Assambleyasında Ermənistanı təmsil edən Naira Zohrabyan sensassion sayılacaq açıqlama ilə çıxış edib.

Parlament üzvünün sözlərinə görə, Ağdamın minalanmış əraziləri ilə bağlı Ermənistanın təqdim etdiyi xəritənin 50 faizi saxtadır.

Yenixeber.org: Mövzu ilə bağlı ehtiyatda olan polkovnik Şair Ramaldanov Naira Zohrabyanın bu çıxışının populist ifadələrdən ibarət olduğunu deyib:

“Birincisi, deputatın xəritələrlə bağlı danışmaq üçün səlahiyyəti yoxdur. O, xəritələrlə bağlı hər hansı fikir söyləyə bilməz, çünki o, nə həmin xəritələrin işlənməsində iştirak edib, nə də həmin xəritələrdən ümumiyyətlə, başı çıxır. Bu sırf peşəkar hərbçi, istehkam ixtisası olan zabitin işlədiyi sənəddir. Və həmin sənəd hərbi hissədə işlənir, məxfi hissədə saxlanılır. Ona görə də deputatın “xəritənin 50 faizi saxtadır” deməsi bir qədər absurddur. Niyə məhz 50 faiz? Niyə 30, yaxud 60 faiz yox? Bu, sadəcə populist bir ifadədir. Onun altında heç bir əsas yoxdur. Onlar xəritələri verəndə parlamentdə kollektiv qərar qəbul etməyiblər. Deputat bu məsələyə ümumiyyətlə, heç bir dəxli olmayan şəxsdir. Təbii ki, başı çıxmayan bir adamın hər hansı sözünü ciddiyə almaq olmaz”.

Ermənistan Azərbaycana saxta xəritə təqdim edib?  - Polkovnikdən açıqlama

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam