Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Məzahir Pənahov növbəti seçki saxtakarlığının əsasını belə qoydu...

Yenixeber.org: Məlum olduğu kimi dünən-19 avqustda-Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda başlıca maraq doğuran məsələ növbəti 5 il üçün Dairə Seçki Komissiyalarının tərkibinin formalaşdırılması idi. Hər şey gözlənildiyindən də betər oldu: Pənahov və dəyişməz komissiya üzvlərinin millətin seçib, seçilmək hüququna münasibəti dəyişdi...Təbii ki, sözün mənfi mənasında. Pənahov və dəyişməz komissiya üzvləri bu dəfə lap "gül vurdu"...
Seçki Məcəlləsinə əsasən, hər DSK-nın 9 üzvü olur, onlardan 3-nün namizədliyi deputatları Milli Məclisdə (MM) çoxluq təşkil edən siyasi partiyanı (indiki halda YAP) MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3-nün namizədliyi deputatları MM-də azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan MM deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.
Amma, bizim bu Pənahov və dəyişməz komissiya üzvləri özlərinə əziyyət verməyiblər: Müxalifət partiyaların yeni namizədlərini görməzdən gəlib-MSK kimi DSK-nın da tərkibini olduğu kimi saxlayıb, üstəlik bəzi müxalif təmsilçiləri çıxdaş ediblər. Ən ağlamalı fakt isə "Əsas təcrübədir, bu üzvlərin təcrübəsi var" kimi "əsaslandırmalardır". Bu "əsaslandırma" dünyada heç kimin ağlına gəlməzdi, bizim bu Pənahov və dəyişməz komissiya üzvlərinin başına soxulub. Bununla da Pənahov və dəyişməz komissiya üzvləri Azərbaycanda öldürdüklrəri Seçki Komissiyasını dəfn elədilər...Tüpürdülər seçkiyə də, müxalifətə də, müxalifətin təmsilçiliyinə də.
İlqar Salmanov (yenixeber.org)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam