Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Moskva hərəkətə keçdi:Bakını anti-terror əməliyyatından ÇƏKİNDİRMƏK İSTƏYİR

Moskva hərəkətə keçdi: Bununla Bakını anti-terror əməliyyatından ÇƏKİNDİRMƏK İSTƏYİR

 

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları dayandıqları bütün postlarda – 27 post – “təhlükəsizliyin təmin edilməsi və mümkün pozuntuların qarşısının alınması” adı altında təlimlər keçirib.

Yenixeber.org: Bu, türk ordusunun işğaldan azad edilmiş ərazilərə gəlişinin anonsu olan Laçın təliminə cavabdır.

Rus sülhməramlılar bundan öncə Laçında təlim keçirdi və dronlara qarşı “döyüş məşqi” etdi. Bakı və Ankara məhz Laçında – rus sülhməramlıların dayandığı dəhlizin bir neçə yüz metrliyində cavab verdi. Ruslar da cavabı gecikdirmək istəmir: sülhməramlıların “postları”nın erməni terrorçulardan qorunması məşqinin edilmədiyi aşkar məsələdir.

Moskva bununla Bakı və Ankaranı mümkün anti-terror əməliyyatından çəkindirmək istəyir: Azərbaycan-Türkiyənin quruda, havada və dənizdə keçirdiyi təlimlər, ardınca Pakistanın da iştirak etdiyi “Üç Qardaş – 2021” xüsusi təyinatlı qüvvələrin təlimlərinin başlanması, Azərbaycan hərbi rəhbərliyinin Türkiyəyə intensiv səfərləri rusları narahat edir; Rusiya anlayır ki, Azərbaycan üçtərəfli razılaşmanın bütün bəndlərinin icrası məqsədilə öz suveren ərazisində hərbi addımlar ata bilər və bu prosesdə tək olmayacaq;

Baş verənlər Qarabağda “əsəb müharibəsi”sinin getdiyini göstərir, lakin bu dəfə əsas tərəf ruslardır və bunun nəticəsi hansısa formada olmalıdır.

Asif Nərimanlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam