Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

İran Aİ-ni ittiham edib-ABŞ-ın sanksiyalarına qarşı mexanizm yaratmamaqda

 

 

 İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasimi ABŞ-ın Tehrana qarşı sanksiyalarının təsirini azaltmaq üçün xüsusi maliyyə mexanizminin yaradılmasında yubanmaya görə Avropa İttifaqını (Aİ) tənqid edib.

Yenixeber.org: RİA "Novosti" xəbər verir ki, bu barədə IRNA agentliyi yazıb.

"İslam Respublikası sözsüz ki, "SVP" (xüsusi maliyyə mexanizmi - red.) adlanan maliyyə mexanizminin yaradılmamasında Avropanı məsuliyyətli bilir", - deyə agentlik Qasiminin sözlərini sitat gətirib.

O, həmçinin əlavə edib ki, avropalılar baş benefisiarlar olaraq qərarın nəticələri barədə düşünməlidirlər. Çünki İran Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri indiyədək yerinə yetirib, lakin Tehranın səbri tükənmək üzrədir və Avropa İttifaqının strateji qərar qəbul etmək vaxtı çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam