Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Vaşinqtondan Türkiyəyə açıq xəbərdarlıq:"Rusiyadan "S-400" alınsa, "Patriot" raketləri və F-35 təyyarələri satılmayacaq

ABŞ Dövlət Departamenti bildirir ki, Türkiyəyə Rusiyadan raket müdafiə sistemi almaq planlarıyla bağlı xəbərdarlıq edib. Departamentin sözçüsü Robert Palladino martın 5-də deyib ki, Türkiyə Rusiyadan “S-400” sistemi alarsa, Vaşinqton onun qabaqcıl F-35 qırıcı təyyarə proqramına çıxışını yenidən nəzərdən keçirə bilər.

Yenixeber.org: Bu açıqlamadan öncə, elə martın 5-də ABŞ-ın Avropa Komandanlığının rəhbəri, general Curtis Scaparrotti Senatın Silahlı xidmətlər komitəsində oxşar fikir səsləndirib: “Bu, bütün təyyarələrimiz, özəlliklə F-35 üçün problem yaradır”.

ABŞ Türkiyəyə 100 son, beşinci nəsil F-35 qırıcısı satmağa razılaşsa da, indiyədək yalnız ikisini çatdırıb. Konqres ötən il təyyarələrin satışını dayandırıb. Vaşinqton onu da bildirib ki, Türkiyəyə “Patriot” raket müdafiə sistemi satmaq təklifini geri götürə bilər.

Rusiya mediasının ötən ay yazmasına görə, Türkiyə 2,5 milyard dollara dörd “S-400” komplekti almaq istəyir. NATO və ABŞ rəsmiləri ondan narahatdır ki, Türkiyənin Rusiya sistemi əldə etməsi ona məxfi NATO texnologiyasına çıxış vermiş olar. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam