Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Stefan Şennak vitse-spikerlə görüşdü: "AŞPA Azərbaycanla əməkdaşlığın..."

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov iyulun 5-də AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakla görüşüb.

Yenixeber.org: Birinci vitse-spiker Milli Məclisin AŞPA ilə münasibətlərin inkişaf etdirilməsinə, hər iki tərəf üçün faydalı olan əməkdaşlığın dərinləşməsinə önəm verdiyini deyib.

O bildirib ki, bu əməkdaşlıq qarşılıqlı hörmətə əsaslanmalı və tərəflərin maraqlarına cavab verməlidir.

Z.Əsgərov qeyd edib ki, nümayəndə heyətimizin üzvləri qurumun tədbirlərində mütəmadi iştirak edir, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini çatdırırlar. O, AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi qismində qonağın ölkəmizə səfərinin əlaqələrin möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Qonağın səfər müddətində ölkədə gedən prosesləri diqqətlə izləyəcəyinə və əldə etdiyi məlumatları öz hesabatında obyektiv şəkildə dəyərləndirəcəyinə ümidvar olduğunu qeyd edib.

Milli Məclis sədrinin birinci müavini Azərbaycanda son zamanlar uğurla həyata keçirilən sosial-iqtisadi, hüquqi islahatlar, bu proseslərin parlament tərəfindən dəstəklənməsi barədə məlumat verib. Vurğulanıb ki, müasir dövrün tələblərinə uyğun olaraq ölkənin qanunvericilik bazası təkmilləşdirilir.

Görüşdə Azərbaycanın fəal iştirak etdiyi enerji layihələri barədə söhbət açılıb və bunun dövlətimizin iqtisadi qüdrətinin möhkəmlənməsində, beynəlxalq səviyyədə nüfuzunun daha da artmasında böyük rol oynadığı bir daha diqqətə çatdırılıb.

S.Şennak ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən danışıb. Qonaq bildirib ki, səfərin məqsədi ölkədəki vəziyyətlə yaxından tanış olmaq, Azərbaycanla AŞPA arasında münasibətlərin bu günü və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaqdır. S.Şennak təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu söyləyib.

Söhbət zamanı tərəflər demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin edilməsi, regional münaqişələr və onların həlli yolları, bir sıra digər aktual məsələlər barədə fikirlərini bölüşüblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam