Redaktor seçimi
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
Günün xəbəri

G20 ölkələri Xarici İşlər nazirlərinin görüşü keçirilib-Yaponiyada+FOTO

Noyabrın 22-də Yaponiyanın Naqoya şəhərində G20 ölkələri Xarici İşlər nazirlərinin görüşü keçirilib.

Yenixeber.org: Görüşdə “Böyük iyirmiliyin” xarici siyasət idarələrinin rəhbərləri dünya ticarətinin vəziyyəti, davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi, həmçinin Afrika ölkələrinin inkişafı məsələlərini müzakirə ediblər. Gündəliyə daxil edilən məsələlər sırasında Dünya Ticarət Təşkilatında (DTT) islahatlar və rəqəmsal şirkətlərin vergiyə cəlb edilməsi məsələləri də yer alıb.

Naqoya görüşündə G20-yə daxil olan ölkələrlə yanaşı, Vyetnam, Misir, İspaniya, Niderland, Yeni Zelandiya, Seneqal, Sinqapur, Tailand və Çilinin Xarici İşlər nazirləri də iştirak ediblər.

Görüşün ilk sessiyası zamanı Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi gələn il imzalanması planlaşdırılan Hərtərəfli Regional İqtisadi Tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.

Yapon nazir əlavə edib ki, G20 ölkələri nazirlərinin yekdil qərarına əsasən DTT-də islahatların aparılması zəruridir. Qeyd edib ki, DTT dünya ticarətinin təminatı üçün ən lazımlı strukturdur.

Bununla yanaşı, nazir rəqəmsal şirkətlərin vergiyə cəlb edilməsi üçün müvafiq sistemin yaradılmasının zəruriliyini də qeyd edib.

Görüşün yekunu ərəfəsində G20-yə sədrliyin Yaponiyadan Səudiyyə Ərəbistanına ötürülməsinə həsr edilmiş mərasim keçirilib. Növbəti sammitin gələn noyabrında Ər-Riyadda keçiriləcəyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam