Redaktor seçimi
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
Günün xəbəri

Ərdoğan ABŞ və Rusiyadan narazılıq etdi, Makrona mesaj verdi: "Onlar bu günədək qarşılarında dik duran lider görməyib”

“Hər keçən gün İdlibdə vəziyyət daha da yaxşılaşır. Amma Təl Abyad və Rəsulaynda vəziyyət kritik olaraq qalır. İkisinin arasındakı məsafə 120 kilometrdir. Bizim əsl hədəfimiz isə Derik adlanan ərazilərdir, İraqla sərhədlərdə yerləşir”.

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti ABŞ və Rusiyadan həmin ərazilərdəki terrorçuların çıxarılmasını tələb etdiklərini bildirib:

“Tərəflərlə 120 və 150 saatlıq anlaşmalarımız oldu. Onlar terrorçuların bu müddətdə bölgədən çıxacaqlarını dedilər. Amma nə Rusiya, nə də ABŞ öz vədlərini yerinə yetirdi. Əlbəttə, biz öz göbəyimizi özümüz kəsəcəyik. Bizim hədəfimiz 1 milyon insanı Təl Abyad və Rəsulay arasında yerləşdirməkdir”.

Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almasına da toxunub: “Biz “S-400”-lərdən imtina etməyəcəyik. Bizim üçün bu səhifə bağlanıb. Biz öz müdafiə sistemlərimizi çoxşaxəli etmək istəyirik. Bundan kimsə narahat olmamalıdır. Sağ olsun, NATO-nun baş katibi də bunu dedi.

Makron isə qalxıb “Bir NATO üzvü necə “S-400” ala bilər?” dedi. Səndən soruşacağam? Onlar bu günədək qarşılarında dik duran lider görməyib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam