Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

 “Nar” -cəbhəyanı bölgələrə dəstəyini davam etdirir

 

 

18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günündə “Nar” cəbhəyanı ərazilərdə yaşayan vətəndaşlara növbəti dəfə dəstək olub. Cəbhə xətti ilə sərhəddə olan sakinlərə qələbə ruhunu daha da yüksəltmək üçün üçrəngli bayrağımız, rahat ünsiyyət qura bilmələri üçün minlərlə “Nar” ödəmə kartları və digər ləvazimatlar paylanılıb.

Yenixeber.org: Eyni zamanda düşmən atəşi nəticəsində evləri dağılmış və müvəqqəti sığınacaqlarda yerləşdirilmiş insanlara qış geyim dəsti təqdim edilib.

 

Qeyd edək ki, “Nar” bundan öncə də cəbhəyanı ərazilərdə olan bütün abunəçilərinin balansına 100 ölkədaxili dəqiqə və 100 SMS yükləyib. Mobil operator torpaqların azad edilməsi uğrunda hərbi əməliyyatların getdiyi bir dövrdə bu cür sosial əhəmiyyətli layihələri həyata keçirməyi özünün öhdəliyi bilir.

 

Rəşadətli Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində işğal altında olan torpaqlarımızın azad ediləcəyinə əminik! Qələbə bizimdir!

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam