Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

ONDAN ARTIQ DEPUTAT KORONAVİRUSA YOLUXUB! –Milli Məclisdə virus yayılıb

Noyabrın 24-də Milli Məclisin növbəti iclası keçiriləcək. Toplantıdan əvvəl ənənəvi olaraq deputatlar koronovirus testindən keçiriliblər. 

Yenixeber.org: Xeyli sayda deputatın testlərinin pozitiv çıxdığı haqda məlumat yayılıb. Bu sırada Vüqar Bayramov və Soltan Məmmədovun da adları çəkilir. 

Xatırladaq ki, bir neçə gün əvvəl deputatlar Tahir Kərimli və Azər Badamovun da virusa yoluxduğu bildirilmişdi. 

Daxil olan məlumata görə, koronavirusa yoluxan deputatların sayı 19-dan çoxdur. Adı çəkilənlərlə yanaşı deputatlar Məhşur Məmmədov, Məzahir Əfəndiyev, Nizami Səfərov və Rəşad Mahmudovun da testləri pozitiv çıxanlar sırasındadır. Məhşur Məmmədovun vəziyyətinin nisbətən ağır olduğu və xəstəxanaya yerləşdirildiyi bildirilir.  

Noyabrın 20-nə olan rəsmi statistikada Azərbaycanda “Covid-19-“a yoluxmanın ilk dəfə 3 mini aşdığı bildirilib. Bu səbəbdən karantin rejimi sərtləşdirilib, qapalı məkanlarla yanaşı açıq havada da maskasız gəzmək qadağan olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam