ADSEA-da ikinci maaş iddiası:Zaur Mikayılov idarə rəislərinə əlavə 5000 manat paket verir?

Dövlət Su Ehtiyatları Agentliyində ikinci əməkhaqqı kartları ilə bağlı iddiların yayılıb və bu iddialar ciddi suallar ortaya çıxarıb.
Yenixeberorg.az: Dövlət Su Ehtiyatları Agentliyində ikinci maaş kartları ilə bağlı şok iddialar yayılıb.
Bu barədə pressxebertv.az portalının iddiasına görə, qurumda bəzi idarə rəisləri əsas əməkhaqqı kartından əlavə ikinci əməkhaqqı bank kartlarına sahibdirlər və bu kartlar vasitəsilə hər ay idarə müdirlərinə 5 min manatdan artıq vəsait ödənilir.
Əgər bu məlumatlar doğrudursa, həmin vəsaitlərin hansı əsasla və hansı mənbədən ödənildiyi, ödənişlərin rəsmi sənədlərdə necə əks olunduğu maraq doğurur. Söhbət dövlət vəsaitlərindən gedirsə, onda ikinci əməkhaqqı kartları hansı qanunlara əsasən nizamlanır?
Xatırladaq ki, təqribən 5 i öncə bir çox nazirliklərdə və dövlət müəssisələrində "paket sistemi" tətbiq olunurdu. Bu sistemdə rəhbər işçilərə hər ay əlavə maaş paketlərdə tətbiq edilirdi. Ödəniş isə büdcədən kənar "qara kassadan" həyata keçirilirdi və bu vəsaitlərin əsas mənbəyi korrupsiya idi. Sonradan dövlət qulluqçularının maaşları artırıldı və "paket sistemi" ləğv edildi.
Yuxarıdakı iddialar doğrudursa, demək ki, Zaur Mikayılovun rəhbərliyi altında olan Dövlət Su Ehtiyatları Agentliyində yenidən "paket sistemi" tətbiq edilir. Bu isə ADSEA-da korrupsiyanın yüksək səviyyədə inkişaf etməsinin göstəricisi kimi qəbul edilməlidir.









AZ
RU