Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Nəriman RİH-nin başçısı -Abdin Fərzəliyevin növəti səyyar görüşü

  

 

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

Yenixeber.org:  Rayonun bələdiyyə, hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirak etdiyi qəbulda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayon sakinlərini salamlayaraq,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirmiş, eyni zamanda, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulamışdır.

Səyyar qəbulda çıxış edən sakinlərin müxtəlif məsələlərlə əlaqədar problemləri dinlənilmiş, onların rəy və təklifləri nəzərə alınmış, bəzi müraciətlərin həlli yerindəcə reallaşdırılmış və yaxud onlarla bağlı aidiyyəti səlahiyyətli şəxslərə konkret tapşırıqlar verilmiş, bəzilərinin həlli ilə bağlı isə müvafiq araşdırmalara ehtiyac duyulduğuna görə nəzarətə götürülərək, bu barədə vətəndaşlara ətraflı izahat verilmişdir.

Qeyd olunmuşdur ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam