Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Rus şirkətində QALMAQAL: Qadınlara mini ətək geyinmələri üçün pul təklif olunub - FOTO

 

 

Rusiyada bir şirkətdə qadın işçilərin işə mini ətəkdə gəlmələri və fotolarını çəkib rəhbərliyə təqdim etmələri ilə bağlı təklif qalmaqal yaradıb.

Yenixeber.org: Şirkətin bu təklifi cəmiyyət tərəfindən tənqid atəşinə tutulub. Şirkət bu təklifi yerinə yetirən qadınlara qarşılıq olaraq aldıqları maaşdan əlavə pul verəcəyini vəd edib.

Şirkət bu təklifi “feministlik marafonu” adı altında başlatdığı bir kampaniya çərçivəsində verib. Kampaniya iyun ayının 30-a qədər davam edəcək. Bu kampaniyanı təşkil edən şirkətin adı “Tatprof”dur. Şirkət əsasən aliminium istehsalı ilə məşğuldur.

Kampaniyanın şərtlərinə görə, dizindən 5 sm yuxarı və ya daha çox qısa geyinə bilən qadın işçilərə 1 saat üçün 100 rubl (2 manat 50 qəpik) veriləcək. Pulu əldə etmək üçün qadınların fotolarını çəkib rəhbərliyə təqdim etmələri xüsusi şərtlərdən biridir.

Şirkətdən verilən açıqlamaya görə, hazırda kampaniyaya 60 qadın qatılıb.

_107163572_download

Şirkətin mətbuat xidmətinin rəhbəri “Qovorit Moskva” radiosuna açıqlama verərək məsələyə aydınlıq gətirib: “Yeni başlayan yay günlərimizə maraq qatmaq istədik. Şirkətimizin yüzdə yetmiş faizi kişidir. Bu cür kampaniyalar stres atmağımızı təmin edir. Burada böyüdüləcək bir şey yoxdur. Bir çox qadın işə gələrkən şalvar geyinir. Biz də kişilərlə qadınlar arasında bir fərqlilik yaratmaq üçün bu cür maraqlı bir kampaniyaya start verdik. Biz yalnız qadın üçün deyil, kişilər üçün də buna bənzər kampaniyalar keçiririk. Misal üçün ötən həftə kişi işçilərimiz arasında barfiks yarışı təşkil etmişdik”.

Lakin bu açıqlama Rusiyada sosial şəbəkə istifadəçilərini sakitləşdirməyib. Onlar bu məsələyə etiraza davam edirlər.

СеÑгей РаÑков веÑÑма обеÑпокоен ÑмеÑением гендеÑнÑÑ Ñолей и оÑÐµÐ½Ñ ÑоÑÐµÑ ÑоÑÑаниÑÑ Ð¶ÐµÐ½Ñкое наÑало в каждой ÑабоÑниÑе «ТаÑпÑоÑа»

Sergey Raçkov

Bu fikrin şirkətin baş icraçı direktoru Sergey Raçkov tərəfindən önə sürüldüyü də iddia olunur. Onu da qeyd edək ki, ”Tatprof” şirkəti 2014-cü ildə Soçi Qış Olimpiya Oyunları və 2018-ci ildə FİFA Dünya Kuboku üçün avadanlıq təşkil edən şirkətlərdən biri olub.(müsavat)

Turan Oruc

«ÐиÑние денÑги на женÑкие ноги». РÑÐ½ÐµÑ Ð¾Ð±ÑÑдил «ÐаÑаÑон женÑÑвенноÑÑи» в ТаÑаÑÑÑане | ÐзобÑажение 1


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam