Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

İcra başçısı İmamverdi İsmayılov üçün pul paylayır -Zəngilanda "açıq bazar"

İcra başçısı İmamverdi İsmayılov üçün pul paylayır – Zəngilanda “açıq bazar” 

Ölkədə bütün sahələrdə aparılan islahatların tərkib hissəsi olaraq, növbədənkənar parlament seçkilərinin keçirilməsinə qərar verilib. Bu dəyişikliklərə inanan və potensialına güvənən xeyli insan seçki prosesinə qatılıb.

Yenixeber.org: Proses başlayandan namizədlərə rəsmi və inzibati səviyyədə hər hansı məhdudiyyət qoyulmasa da, yerlərdə ayrı-ayrı məmurların, əvvəlki deputatların dolayı yolla maneələrinə, qanunsuz əməllərinə rast gəlinir. Belə halların baş verdiyi seçki dairələrindən biri də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsidir.

Redaksiyamıza daxil olan məlumatlara əsasən, Zəngilan rayon İcra Hakimiyyətinnin başçısı və onun müavinləri məntəqə üzvləri, məktəb direktorları və müəllimləri ilə yığıncaq keçirərək, onları əvvəlki deputatın qalib olması istiqamətində təlimatlandırırlar. Bunun üçün qanunsuz addımlar atmaqdan çəkinməməyi tapşırırlar. Gələn son məlumatlara əsasən, RİH başçısı bəzi məntəqə üzvlərinə 100 manat verərək, onlardan əvvəlki deputatın xeyrinə seçkini saxtalaşdırmağı istəyib.

RİH başçısı onlara tapşırıb ki, saxtakarlığa və digər qanunsuz əməllərə etiraz edən müşahidəçilər haqqında dərhal akt yazılsın. Bildirilib ki, həmin vaxtı məntəqədə YAP üzvləri olacaq. Akt onlara imzalatdırılsın və bununla həmin şəxsləri məntəqədən uzaqlaşdırılmasına nail olunsun.(secki.net)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam