Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Azərbaycanda -10 min nəfər uzunömürlü var

 

Hazırda Azərbaycanda yaşı 90-dan yuxarı olan təxminən 10 000 nəfər uzunömürlü var.

Yenixeber.org:  Bunu Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.

Onun sözlərinə görə, ötən il 100 və yuxarı yaşda olan şəxslərin sayı 838 nəfər olub. Onların 24 nəfəri kişi, 814 nəfəri qadındır.

Uzunömürlülər siyahısına daha çox qadınlar düşdüyünü deyən direktor əlavə edib ki, Azərbaycanın bəzi bölgələrində uzunömürlülülk indeksi çox yüksəkdir:

"Elə bölgələr var ki, orada uzunömürlülük indeksi ilə bağlı rekord göstəricilər qeydə alınır. Şuşa, Xocavənd, Xankəndi, Qazax, Tovuz rayonları üzrə sakinlərin uzunömürlülüyü ilə bağlı göstəricilər yüksəkdir. "Uzunömürlülərin sayının artıb-azalması dalğavari prosesdir. Ölkədə baş verən müəyyən hadisələr onların sayına təsir göstərib. Məsələn, məcburi köçkünlük ilk növbədə qocalar və uzunömürlülərə öz mənfi təsirini göstərib. Son məlumatlar isə ölkəmizdə uzunömürlülərin sayının artdığını göstərir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam