Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

“EYNULLA FƏTULLAYEVƏ SİLLƏ VURMUŞAM...” –Həbsdəki MTN generalı

 

 Keçmiş müstəntiq Rüfət Səfərovun həbsxanadan yazdığı silsilə yazılarda maraqlı bir məqam diqqət çəkir. 

Yenixeber.org: R.Səfərov yazır ki, ləğv edilmiş MTN-nin Antiterror İdarəsinin keçmiş rəisi, general Elçin Quliyevdən jurnalist Pərviz Həşimlinin həbsi, ona işgəncələr verilməsi ilə bağlı dedikləri barədə soruşub. Keçmiş idarə rəisi jurnalisti təkzib edərək deyib: “Yalan deyir. Mən həyatımda bir nəfərə sillə vurmuşam - Eynulla Fətullayevə... Ondan başqa xidmət etdiyim dövrdə heç kimlə sərt davranmamışam...”

 

  

Pərviz Həşimli isə MTN-də gördüyü işgəncələri belə təsvir edib: “Məni həbs edən günü bir neçə saat psixoloji təzyiq üçün xüsusi işgəncə otağına apardılar. Orada qəssab dükanlarında olan çarmığa bənzər xüsusi qurğu vardı. Əlləri sıxmaq üçün məngənəyə qədər qoyulmuşdu. Bu cür işgəncə otağını ancaq filmlərdə görmək olar. 3 saat bu otaqda qaldım. Alçaldıcı ifadələr, hədələr o qədər çox olurdu ki, bir dəfə İlqar Əliyevin (Elçin Quliyevin müavini, təcridxanada özünə qəsd edərək ölüb – red) masasının üzərindəki qayçını götürüb, özümə xəsarət yetirmək istədim. Sonrakı günlər karserə salınırdım. Bir dəfə isə məni paltarsız vəziyyətdə MTN-nin sonuncu mərtəbəsindəki gəzinti meydançasına saldılar. Qarlı bir gün idi. Möhkəm soyuqladım. “Amnesty İnternational” ayrıca bəyanatla çıxış edərək, MTN rəhbərindən mənə qarşı işgəncənin dayandırılmasını tələb etdi. Bundan sonra işgəncələr dayandı”.

 

  

Elçin Quliyevin dediklərinə Eynulla Fətullayevdən şərh almaq mümkün olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam