Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Azərbaycanda -rəsmi işsiz şəxslərin sayı dəqiqləşdirilir

"Aprel ayında birdəfəlik ödəniş alan şəxsin may ayında işləmək imkanı yaransa, onun işsiz kimi qeydiyyatı dayandırılır və məşğul şəxs hesab edilir".

Yenixeber.org: Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev "Yeni TV"yə müsahibəsində deyib. 

O bildirib ki, həmin şəxsə ikinci ay üçün 190 manat birdəfəlik ödəmə verilməyəcək.

Nazir müavini vurğulayıb ki, rəsmi işsiz şəxslərin yeni sayı ilə bağlı Dövlət Statistika Komitəsi ilə danışıqlar gedir və yekun rəqəmlər bəlli olduqdan sonra təqdim olunacaq. 

A.Əliyev eyni zamanda 190 manatlıq ödənişin iki aylıq verilməsinin nəzərdə tutulduğunu bir daha diqqətə çatdırıb: "Koronavirus pandemiyası ciddi qeyri-müəyyənlik yaradır və vəziyyətin nə qədər davam edəcəyi bilinmir. Şəraitdən asılı olaraq karantin müddəti uzadılarsa, növbəti aylarda da ödənişin verilməsi məsələsinə baxıla bilər. Ölkəmizin istənilən məsələ ilə bağlı proqramı icra etməyə və əhaliyə dəstək göstərməyə imkanı var. Lakin indidən bu barədə proqnoz vermək və danışmaq tezdir. Hazırda karantin rejimi ilə bağlı məhdudiyyətlər azaldıla-azaldıla gedir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam