Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Məhkəmə Eldar Mahmudovun dindirildiyi iş barədə qərar verdi -TƏFƏRRÜAT


Eldar Mahmudovun adamı növbəti dəfə hakim qarşısına çıxarılıb. O, şərti cəza alaraq həbsdən buraxılıb.

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən Sahib Ağayev şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmə prosesləri əsas gətirilmədən qapalı keçirildiyindən məhkəmənin gedişatı ilə bağlı ətraflı məlumat əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, İş üzrə zərərçəkmiş tərəflər Vergilər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidir. İttihama görə, Sahib Ağayevin rəhbərlik etdiyi şirkət 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin istəyi ilə təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi avadanlıqların gətirilməsi və həmin sistemin qurulmasını həyata keçiribmiş. İmzalanmış müqavilə şişirdilərək 90 milyon göstərilib. Bu məbləğin 30 milyon manatı Sahib Ağayevin xarici şirkətinin hesabına köçürülüb.
Xatırladaq ki, haqqında danışılan müqavilə Maliyyə Naziriliyi ilə “Main İnvestment LTD” arasında razılaşdırılıb. 90 milyon MTN-nin büdcəsinə yatırılıb. Bu məbləğin 30 milyonu Dominikan Respublikasındakı şirkətlərdən birinin bank hesabına köçürülüb. Oradan isə Eldar Mahmudovun oğlu Anar Mahmudovun Latviyanın paytaxtı Riqa şəhərindəki şirkətlərindən birinin hesabına köçürülüb.
Külli miqdarda mənimsəmədə və vergidən yayınmaqda təqsirləndirilən Sahib Ağayev barəsində olan cinayət işində şahid qismində Eldar Mahmudov da dindirilmişdi. Eldar Mahmudov şahid qismində dindirilərkən ondan 30 milyonun hara “yoxa” çıxması soruşulmuşdu. Amma sabiq nazir suallara cavabında bundan xəbərsiz olduğunu bildirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam