Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Ramiz Mehdiyev Zəfər paradında tək qaldı - Fotolar

Ramiz Mehdiyev Zəfər paradında tək qaldı -  Fotolar

Dekabrın 10-da keçirilən Zəfər paradı hər bir azərbaycanlının qürur hissi ilə izlədiyi təntənəli, illərdir arzulanan möhtəşəm tədbir kimi tarixə düşdü.

Yenixeber.org: Tədbirdə gözdən yayınmayan anlar da olub. Həmin anlar kameraların yaddaşına çevrilib və zaman gəldikcə bu ibrətamiz fotolar bir çox nəşrlərin manşetlərini bəzəyəcək.

Həmin fotolardan biri rusiyapərəst, adı ciddi siyasi qalmaqallarda hallanan Ramiz Mehdiyevə aiddir. O Ramiz Mehdiyevə ki, vaxtilə qılıncının dalı da kəsirdi, qabağı da.

İkinci kadrda isə Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov görünür. Fotodan belə aydın olur ki, o, arxasını Ramiz Mehdiyevə çevirməklə öz mövqeyini ortaya qoyur, akademikin mövcud “nüfuzunun” ölçüsünü nümayiş etdirir.

Hər iki halda cənab Mehdiyev şad-xürrəm görünmür. Cəmiyyətdə Rusiya sülhməramlılarına yaranan etimadsızlıq fonunda 5-ci kolona ikrah hissi getdikcə artır. Fotonun qəhrəmanı da bunu bilməmiş deyil. Ona görə də əyləşdiyi yerdə təkləndiyi görünüşü simvolik xarakter də daşıyır. (Konkret.az)

 

Ramiz Mehdiyev Zəfər paradında tək qaldı -  Fotolar
Ramiz Mehdiyev Zəfər paradında tək qaldı -  Fotolar

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam