Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Türkiyə Rusiyaya yeni şərt qoydu-“Nə qədər ki,.."

 “Nə qədər ki, əlavə sanksiyalar tətbiq olunmayıb, biz bunda bir risk görmürük. Əgər istəsək, S-400-lərin ikinci dəsti günü bu gün Türkiyəyə gətirilə bilər”.

Yenixeber.org: Rusiya Türkiyədən S-400 zenit raket kompleksinin ikinci dəstini almağın şərtini açıqlayıb. Bu barədə Türkiyə müdafiə sənayesi katibliyinin rəhbəri İsmayıl Dəmir məlumat verib.

“Nə qədər ki, əlavə sanksiyalar tətbiq olunmayıb (ABŞ tərəfindən – red.), biz bunda bir risk görmürük. Əgər istəsək, S-400-lərin ikinci dəsti günü bu gün Türkiyəyə gətirilə bilər. Ancaq bizim üçün birgə istehsal və texnologiyaların ötürülməsi məsələsi çox vacibdir”, – deyə o bildirib.

İ.Dəmir onu da əlavə edib ki, Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksi istifadəyə hazırdır və ehtiyac yaranarsa, tətbiq olunacaq.

Qeyd edək ki, Ankara Türkiyə-Amerika münasibətlərində böhrana səbəb olan S-400 zenit raket kompleksinin Rusiyadan tədarükünə 2019-cu ilin yayında başlayıb. ABŞ Türkiyəni bu addımı atmaqdan çəkindirmək üçün sanksiyalarla hədələyərək sonradan həmin sanksiyaların tətbiqinə başlayıb. Nəticə etibarı ilə ötən ilin sonlarında ABŞ türk məmurlarına və müəssisələrinə qarşı sanksiya tətbiq edib.(Rianovosti)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam