Redaktor seçimi
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
Günün xəbəri

ABŞ-da Xocalı həqiqətlərini əks etdirən avtomobil -küçələrdə hərəkət edəcək

ABŞ-da Xocalı həqiqətlərini əks etdirən avtomobil küçələrdə hərəkət edəcək

"Xocalıya ədalət” (“Justice for Khojaly”) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində soyqırım haqqında həqiqətlərin dünyaya çatdırılması məqsədi ilə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində üzərində faciəyə dair faktları əks etdirən rəqəmsal plakatlı xüsusi avtomobil küçələrdə hərəkət edir.

Yenixeber.org: Bu barədə ABŞ-ın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) prezidenti Fərid Məmmədov məlumat verib.

O bildirib ki, layihə ACMA-nın təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Rəqəmsal plakatlarda Xocalıda ermənilərin törətdiyi qanlı cinayətlər haqqında məlumatlar və həmin tarixin şəkilləri nümayiş olunur.

F.Məmmədovun sözlərinə görə, xüsusi maşın fevral ayının 25-dən 27-nə kimi şəhərdə insanların sıx yaşadığı yerlərdən, mərkəzi küçələrdən və meydanlardan keçəcək və ABŞ ictimaiyyətini Xocalıda ermənilərin törətdiyi soyqırım haqqında məlumatlandıracaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam