Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bu ərazilərin qaz təchizatında fasilələr olacaq-SƏBƏB

 

 “Azəriqaz” İstehsalat Birliyi qaz təchizatında hər hansı bir səbəbdən dayandırma olarsa, bu barədə məlumatları abonentlərə SMS bildiriş formasında göndərməyi planlaşdırır.
Yenixeber.org: Qurumdan bildirilib ki, hazırda bu istiqamətdə Birliyin müvafiq strukturlarında proqramlaşdırma işləri icra edilməkdədir.

Qaz sızması, qəzalar, təmir-tikinti, yeni yaşayış məntəqəsi və yeni tikililərin şəbəkəyə qoşulması və digər hallarda işlərin görülməsi üçün qaz təchizatında müvəqqəti fasilənin olması zəruridir. Bu halda abonentlərin əvvəlcədən daha operativ məlumatlandırılması üçün SMS bildirişlərin göndərilməsi məqbul sayılıb. Bu proses pilot layihə olaraq ilkin mərhələdə Bakı şəhəri və Abşeron yarımadasına daxil olan 12 inzibati rayonda reallaşdırılacaq. Daha sonra bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam