Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Rusiyalı səfir amerikalılara təşəkkür etdi-SƏBƏB

      Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Amerika vətəndaşlarına təşəkkürünü bildirib.
 Yenixeber.org: Buna səbəb xeyli sayda amerikalının səfirliyə iki ölkə arasındakı dostluq münasibətlərinə dəstəyi göstərən məktub göndərməsidir.

Səfirin sözlərinə görə, amerikalılar bu yaxınlarda Vaşinqtondan Moskvanın ünvanına səslənən arzuolunmaz açıqlamalara görə üzr istəyiblər.

"Dövlətlər arasındakı dialoqun qarşılıqlı hörmət və bərabərliyə əsaslanmalı olduğunu başa düşən sadə amerikalıların qayğıkeş və fəal mövqeyi məni çox təsirləndirdi. ABŞ vətəndaşlarının bu yanaşması Rusiya və Amerika xalqları arasındakı əlaqələrin normallaşdırılması potensialının qaldığını göstərir",- deyə səfir bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinin Birləşmiş Ştatlarda 2020-ci ildə keçirilən seçkilərə müdaxilə etdiyinə görə cavab verməli olduğunu deyib.
Bundan əlavə, Ağ Evin başçısı Rusiya liderini "qatil" hesab etdiyini söyləyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam